“Everton” PSJ-nin təklifini rədd edib

0
353

İngiltərənin “Everton” futbol klubi komandanın oyunçusu  İdrissa Qeye üçün PSJ tərəfindən gündəmə gətirilən transfer təklifini rədd edib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə”Everton”un rəsmi saytında bildirilib. Məlumatda qeyd edilir ki, “Everton” rəhbərliyi PSJ tərəfindən İdrissa Qeyenin satılması barədə onlara daxil olan təklifi qəbul etməyib. Klub rəhbərliyi bəyan edib ki, 29 yaşlı yarımmüdafiəçi İdrissa Qeyeni satmaq niyyətləri yoxdr.

Xatırladaq ki, PSJ seneqallı oyunçu İdrissa Qeyenin transferi üçün “Everton”a 30 milyon avro təklif etmişdi.