Ev tikmək üçün prosedur asanlaşır

0
563

Fərdi evlərin tikintisi daha dinamik şəkildə aparılacaq. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik olacaq.

Hazırda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan evlərin tikintisi üçün icra hakimiyyəti orqanlarından icazə tələb edilmir. Sadəcə müvafiq qurumlara məlumat verilməlidir.

Hazırda 1 ay ərzində tikinti üçün xüsusi irad olmursa, vətəndaş inşaata başlaya bilər. Milli Məclisdə müzakirəyə çıxarılacaq yenilik qəbul edilsə, sözügedən 1 aylıq müddət də qısalacaq.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, təkliflər qəbul edilərsə, bu zaman sözügedən parametlərdə olan fərdi evlərin tikintisi daha da güclənə bilər.

 

BIR CAVAB BURAXIN