Estakada uçub, neftçilər itkin düşüb

0
610

Dekabrın 14-ü gecə saatlarında «Azneft» İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadanın uçduğu bildirilir.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat yayıb.

Onun bildirməsinə görə, nəticədə neftçilərin istirahət etdiyi budka dənizə düşüb.

«Budkada 10 nəfər işçi olub. Aldığım ilkin məlumata görə, bir nəfərin cəsədi tapılıb. Qalan 9 nəfər itkin düşüb».

M.Qəhrəmanlının bildirməsinə görə, 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub. Nəticədə 5 nəfər həlak olub.

HADİSƏNİ SOCAR DA TƏSDİQ EDİR

Şirkətin yaydığı məlumata görə, hadisə dekabrın 15-i səhər saat 5:00 radələrində güclü külək nəticəsində baş verib.

«Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın 150 metr olan hissəsi dənizə uçub.

«Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb»,-deyə SOCAR-ın məlumatında qeyd edilir.

BIR CAVAB BURAXIN