Ermənistanın Tavuş rayon sakinləri Azərbaycan tərəfə keçmək istəyirlər

0
655

 

Son günlər Ermənistan vətəndaşları arasında Azərbaycana sığınmaq istəyənlərin sayı artmaqdadır. Ötən həftə “Yeniavaz.com”da vaxtı ilə Bakı şəhərində yaşamış, hazırda İrəvan şəhərinin Şenqavit rayonu Artsax küçəsi 4-cü döngə 2-ci binanın (yataqxana) 413, 218, 320 və 415 nömrəli mənzillərdə yaşayan, bir qrup Ermənistan sakininin müraciəti yayımlanmışdı. Belə ki, 25 il əvvəl Azərbaycandan köçərək Ermənistana gedən insanlar hazırkı Ermənistan rəhbərliyinin onlara olan münasibətindən, yaşayış şəraitlərinin ağırlığından şikayətlənərək Azərbaycan hökümətindən onlara sığınacaq vermələrini xahiş ediblər. Ancaq onu da qeyd edək ki, hazırkı Ermənistan rəhbərliyindən təkcə vaxtı ilə Bakıda yaşamış ermənilər narazılıq etmir, Ermənistanın digər bölgələrində yaşayan insanlar da etirazlarını dilə gətirməkdə və Azərbaycana keçməyə cəhd edirlər. Bu yaxınlarda Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun (keçmiş Noyemberyan) Dovex (Balakənd) kəndinin bir qrup sakini də Azərbaycana keçməyə cəhd edib.

“Yeniavaz.com” xəbər verir ki, Ermənistan mətbuatında yayılmış məlumata görə, cari ilin fevral ayının 4 – də Ermənistanın Azərbaycanla sərhəd olan rayonlarından biri, Tavuş rayonunun Dovex (Balakənd) kəndinin 4 nəfər sakini, Durinyan Vartan Martiki, Mirxanyan Andranik Seryoja, Melikcanyan Qenik Qriqori, Amirxanyan Paşik Civani ölkədə yaranmış iqtisadi ağlr vəziyyətdən və yaşadıqları kəndin acınacaqlı durumda olması səbəbindən Ermənistanın dövlət sərhəddini pozub Azərbaycana istiqamətə keçməyə cəhd göstərmişlər. Lakin Ermənistanın sərhəd xidməti əməkdaşları tərəfindən saxlanaraq naməlum istiqamətə aparılmışlar. Adı qeyd olunan kənd sakinlərinin qohumları və həmkəndliləri onların hara aparıldığı və başlarına nə gəldiyi barədə bu günə qədər məlumat əldə edə bilməyiblər. Dovex kəndinin sakinləri isə mətbuata verdikləri açıqlamada bunları deyiblər:

Dovex kəndinin sakini Qriqoryan Paşik Jorayi bildirir ki, kənddə həyat tamamilə ölü vəziyyətindədir: ” Kənddən gənclər başlarını götürüb qaçıb gedirlər. İş yoxdur sərhəddə yaşamağımıza baxmayaraq bizi unudublar qalmışıq bir Allahın ümüdünə. Kənd sovetinə müraciət edirk ki, heç olmasa xəstələnənlərə bir az da olsa maddi yardım etsinlər, dərhal bildirirlər ki, büdcədə pul yoxdur. Bütün günü televizyada təbliğat aparırlar ki, Azərbaycanın vəziyyəti acınacaqlıdır. Bunlara sual vermək istəyirəm ki, bu necə olur ki, gecələr Azərbaycanın sərhəd kəndlərində bütün evlərin işıqları yanır həyat qaynayır. İndiki hakimiyyət başını itirib, öz əməllərini gizlətmək üçün xalqın başını aldadırlar. Dünən kənd sovetinə gedəndə bildirdim ki, belə əgər davam etsə ailəmlə birlikdə Azərbaycandan sığınacaq istəyəcəm. Mənim ailəmin bu ölkədə yaşamağına ümüdüm qalmayıb. Siz quldur bir rejimin qulları kimi bizim bütün ümüdlərimizi itirmisiniz. Kənd sovetində mənə dedilər ki, nə istəyirsən elə bizim sənə veriləcək nə pulumuz var, nə də ki, köməkliyimizi edə bilərik, get başına çarə tap”.

Başqa bir kənd sakini 1951-ci ildə anadan olan Qazaryan Seroj Aqasi bildirir ki, yarı dağılmış vəziyyətdə orta məktəbimiz var: “Məktəbə getmək üçün çətinliklərlə üzləşirlər uşaqlar. Məktəbin çox problemləri var. Sovetlər dönəmindən tikilən məktəbdir. Lakin ən narahat edəni odur ki, məktəbə gedən şagirdlərin sayı hər il azalır. Hər sinifdə bir və yaxud da üç şagird var. Elə siniflər də var ki, heç şagird yoxdur. 1999-cu ildə məktəbdə 117 şagird oxuyurdu indi isə 60-dan az uşaq oxuyur. Hər il oxuyanların sayı 10-15 nəfər azalır”.

Dovex kəndinin 63 yaşlı sakini Sarksyan Seda Poğosi isə deyir ki, vəzyyət o qədər acınacaqlıdır ki, evladlarımızı evləndirə bilmirik: “Yaşadığımız ev qəza vəziyyətindədir. Otaqlar az və balaca. Evləndirsək gəlini hara gətirək. Torpağımızda yoxdur lap tutalım ki, var hansı imkanla ev tikəcəyik. Kənddə getdikcə vəziyyət daha da dözülməz olub. Gənclər kənddən getmək istəməsələrdə lakin məcburiyyət vadar edir. Oğluma uzun illərdir ki, nişan taxmışam amma imkansızlıqdan toyunu edə bilmirəm. Dəfələrlə dövlətə məktubla müraciət etmişəm, cavab isə hər zaman olduğu kimidir. Bəs necə edək, hara gedək? Kəndi qoyub getsək deyəcəklər ki, qorxdular, türkün gülləsindən qaçdılar. Daha başa düşmürlər ki, biz uzun illər azərbaycanlılarla qonşuluq etmişik bir-birimizin xeyrində-şərində iştirak etmişik. Azərbaycanlılardan biz bir hörmətsizlik görməmişik, əksinə bizim çətin vaxtlarımızda onlar bizə əl tutublar. Vallah inanın ki, imkan olsa böyük məmnuniyyətlə qonşularım kimi məndə ailəmlə birlikdə Azərbaycan tərəfə keçib orda yaşamaq istərdim. İnanın ki, mənim bu fikirimi kəndin yarıdan çoxu dəstəkləyir. Kəndin sakinləridə artıq bezib, nə qədər olar kasıbçılıq. Bir tərəfdən hakimiyyətin bizə qarşı yad münasibəti, bir tərəfdən də ki, hər gün atəş və güllə altında qorxu içində yaşamaqdan bezmişik”.

BIR CAVAB BURAXIN