Ermənistanı silahlandırmaq status-kvonu qorumağa xidmət edir

0
562

Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT Minsk qrupunun 3 üzvündən ikisinin, Rusiya və ABİ-ın atdığı Azərbaycan əleyhinə çevrilən addımlar geniş müzakirə hədəfi olaraq qalmaqda davam edir. Əslində həmsədrlərdən Rusiyanın Ermənistanın hərbi müttəfiqi olduğunu nəzərə alanda Kremlin işğalçı Ermənistanı silahlandırmasını bəlkə də təbii qarşılamaq olardı. İş orasındadır ki, Rusiya istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində, istərsə də adı çəkilən ölkədə özünün hərbi bazasının olması və buna paralel olaraq ikitərəfli qarşılıqlı hərbi təhlükəsizlik müqaviləsi çərçivəsində Ermənistana müntəzəm olaraq hərbi texnika verməkdə və onu silahlamdırmaqda davam edir. Amma Rusiyanın Azərbaycanla isti münasibətlərinin olmasına baxmayaraq Ermənistana ən müasir hərbi raket sistemi olan və 5000 kilometr məsafədə istənilən hədəfi məhv etməyə qadir olan “İsgəndər” raket qurğularını sözün əsl mənasında hədiyyə etməsi şübhəsiz ki, iki ölkə münasibətlərinə hansısa səviyyədə ağır izlər buraxacaq. Zənnimizcə Ermənistana dünyanın ən aparıcı ölkələrində belə olmayan “İsgəndər”raket kompleksləri verməklə Moskva Bakının istəkləri ilə hesablaşmadığını və işğalçını şirnikləndirmək siyasətini davam etdirməkdə olduğunu və beləliklə status-kvonu qoruyub saxlamaqda maraqlı bir daha sübut etmiş oldu. Halbuki aprel döyüşləri zamanı Rusiya tələm-tələsik hərbi döyüşlərin dayandırılması üçün Bakıya təzyiq göstərərək bununla da müttəfiqini ağır məğlubiyyətdən xilas edə bildi. Eyni zamanda Rusiya tezliklə işğal altındakı 7 rayondan 5-nin azad ediləcəyini və bununla bağlı müvafiq planlarının olduğunu rəsmi şəkildə bəyan edirdi. Əslində hələ o vaxt da aydın idi ki, Rusiya Ermənistana hr hansı hərbi təzyiqlərə əl atmaq niyytində deyil və bölgədə daha çox status-kvonun qorunub saxlanılmasına cəhd edəcək. Hər halda həmin dövrdə Rusiyanın baş naziri Medvedevin Ermənistana səfəri zamanı münaqişənin indiki vəziyyətdə saxlanılmasının məqsədəuyğun olduğunu açıq şəkildə bəyan etməsi zənnimizcə Moskvanın münaqişənin həllində maraqlı olmadığı barədə Bakıya göndərilən açıq siqnal idi. Hadisələrin gedişi də göstərdi ki, Rusiya münaqişənin həll edilməsi barədə vədlərinə əməl etmək niyyətində deyil və dinc yollarla nəinki işğal altında olan 5, hətta 1 rayonun belə azad edilməsinə imkan verməyəcək. Hər halda Rusiyanın dünyanın ən müasir raket qurğularından olan “İsgəndər”i Ermənistana “hədiyyə” etməsi də bunu bir daha sübut etməkdədir. Zənnimizcə rəsmi səviyyələrdə dəfələrlə Azərbaycanı özünün əsas strateji müttəfiqərindən biri olduğunu bəyan edən Rusiya hər halda Ermənistana “İsgəndər” raketləri verməyə və bununla da münaqişənin həllində Bakıda özünə olan hansısa kövrək ümidləri qoruyub saxlaya bilərdi.

Münaqişənin həllində ikinci gözlənilməz zərbəni isə zənnimizcə Azərbaycan ATƏT Minsk qrupunun digər həmsədr ölkəsi olan ABŞ-dan aldı. Belə ki, oktyabrın 8-də məlum olub ki,

ABŞ Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinə təmas xəttindəki mövqelərdə yerləşdirilmək üçün ən son texnologiyaya əsaslanan kəşfiyyat-müşahidə sistemi ötürüb. Bu sistem imkan verir ki, yaxın və uzaqmənzilli kameraların köməyi ilə təmas xəttindən dərinliklərdə istənilən hərəkət qeydə alınsın. “Nəticədə Qarabağ qüvvələri müdafiəyə və əks hücuma hazırlaşmaq, öz qoşun hissələrini və texnikasını əvvəlcədən hazırlıq vəziyyətinə gətirmək imkanı əldə edəcək.

Beləliklə ABŞ da Ermənistanı silahandırmağa başlayıb. Bütün bunların arxasında isə işğal edilmiş topraqlar məsləsində güzəştə getmək üçün Azərbaycana təzyiq etmək cəhdlərinin dayandığı şübhə doğurmur. Necə deyərlər ABŞ-da münaqişənin həllində ölkəmizə düşmən münasibətdə olduğunu nümayiş etdirir. Ancaq Azərbaycan çətin ki, təzyqilərə qarşısında geri çəkilsin və işğal altındakı torpaqlarını azad etmək fikrindən əl çəksin. Ermənistan ABŞ və Rusiyadan hərbi yardım almasına baxmayaraq gec-tez işğal altındakı topraqları azad etməyə məcbur olacaq və o gün uzaqda deyil…

BIR CAVAB BURAXIN