Ermənistanda təyyarə qəzası: Pilotlar həlak oldu

0
525

Bu gün saat 10.20-də radarlardan yoxa çıxan Ermənistan Müdafiə Nazirliyinə məxsus  təlim uçuşu həyata keçirən Su-25 təyyarəsi tapılıb

Arazinfo.com-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, təyyarənin Maraliks rayonunda yerə çırpıldığı müəyyən edilib. Hadisə yerinə göndərilən xilasetmə əməkdaşları tərəfindən həlak olan təyyarəçilərin hər ikisinin cəsədi tapılıb. Bunlar pilotlar podpolkovnik Armen Babayan və mayor Manuk Manukyandır.