Ermənistan Rusiyaya xəyanət üçün fürsət gözləyir

0
596

 

Tarixboyu ermənilər güclü dövlətlər arasında qarşıdurmalardan məharətlə istifadə ediblər. Hər halda ermənilər saxta qəhrəmanları “böyük” Tiqrandan başlayaraq, istər ərəb, istər Bizans, istərsə də ondan sonrakı dövrlərdə, o cümlədən Osmanlı dönəmində həmişə öz ağalarına xəyanət edərək fürsət düşən kimi onlara arxadan zərbə endiriblər. Bu baxımdan son illərdə Amerikanın Gürcüstanla sıx iqtisadi, siyasi, hərbi əlaqələr qurması deyəsən erməniləri bu dəfə də ruslara xəyanət etməyə, daha güclü ABŞ-a sığınmağa şirnikləndirməkdədir. Xüsusi ilə ABŞ-ın Rusiyanın Avropa məkanında, o cümlədən Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələrdə Rusiyanın təsirinin azaldılmasına yardım məqsədi ilə 100 milyon dollar ayırdığını bəyan etməsi Emənistanın iştahasını artırıb. Bu çərçivədə də Gürcüstanın Baş naziri Kvirikaşvilinin ABŞ-a səfəri və orada onun ən yüksək səviyyədə qarşılanması, o cümlədən prezident Tramp tərəfindən qəbul edilməsi Ermənistanın qonşu ölkəyə həsəd aparmasına səbəb olub. Bu da əsassız deyil. Kvirikaşvilinin ABŞ-a səfəri zamanı Vaşinqtonun Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bəyan etməsi və adı çəkilən ölkəni özlərinin müttəfiqi adlandırması Ermənistanda özünəməxsus şəkildə əks-səda verib. Ermənistan dərhal Gürcüstan-ABŞ münasibətlərindəki strateji müttəfiqlik münasibətlərindən öz xeyri üçün istifadə etməyə cəhd etmək niyyətinə düşüb. Məsələn, erməni analitik Aram Amatuni “1in.am” saytında gedən “Ermənistanın arxa cəbhəsini təmin edən Amerika divarı” adlı məqaləsində Gürcüstanın ABŞ-ın strateji müttəfiqinə çevrilməsinin Ermənistan üçün də faydalı olacağını yazıb. A.Amatuni iddia edir ki, Gürcüstanın Avroatlantika alyansına inteqrasiyası və burada möhkəm təhlükəsizlik sisteminin yaranması region, o cümlədən ilk növbədə Ermənistan üçün də vacibdir. Belə ki, bu vəziyyət Ermənistanın da arxa cəbhəsinin Amerika divarı tərəfindən təmin edilməsi demək olacaq. Amma Amatuni “unudur” ki, Ermənistan ABŞ-ın düşməni olan Rusiyadan asılı vassal dövlət, daha dəqiq desək de-fakto onun quberniyası, həm də NATO-ya qarşı qurulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Üstəlik Ermənistandakı Rusiya hərbi bazası da NATO-ya qarşı qurulub. Eyni zamanda ABŞ-ın və NATO-nun Gürcüstanda möhkəmlənməsi yenə də Rusiyanın bölgədəki təsirinə qarşı çevrilib. Belə olduğu halda Gürcüstanın ABŞ-ın strateji müttəfiqinə çevrilməsi və NATO ilə inteqrasiyası Rusiyanın vassalı olan Ermənistanın arxa cəbhəsi üçün necə divar ola bilər? Təbii ki, bu, erməni analitikin sərsəmləməsindən başqa bir şey deyil. Aydın məsələdir ki, Ermənistan Gürcüstanın ABŞ-la yaxınlaşmasına və onun strateji müttəfiqinə çevrilməsinə həsəd aparır. Amatuninin əslində Gürcüstan-ABŞ yaxınlaşmasının Ermənistanın arxa cəbhəsini təmin edəcək divar olacağını deməsi erməni xislətində olan güclülərə yaltaqlanmalarını, əvvəlki ağalarına xəyanət etmələrini yada salır. Yəni keçmişdə olduğu kimi Ermənistan istənilən an Rusiyaya arxadan zərbə endirə, ABŞ-ın və Avropanın dəstəyini almaq müqabilində ona xəyanət edə bilər.

Əgər ABŞ və Qərb Gürcüstanda möhkəmlənə bilsə, onda Ermənistanın müəyyən şərtlər çərçivəsində Qərblə sövdələşməyə gedərək Rusiyadan üz döndərəcəyi, onun dostundan düşməninə çevriləcəyi şübhə doğurmur. Xatırladaq ki, ötən əsrin 80-ci illərinin sonlarında ABŞ başda olmaqla Qərb ölkələri məhz erməni separatçılarından istifadə etməklə SSRİ-nin daxilində etnik münaqişə ocaqlarını körükləyə və onu dağıda bildilər. Təəssüflər olsun ki, Rusiyanı idarə edənlərin ermənilərə olan “məhəbbət”i onlara bu sadə həqiqəti anlamağa imkan vermədi. Necə deyərlər, ermənilərin Moskvaya arxadan xaincəsinə zərbə endirdiyini Qərb tərəfindən ələ alınan erməni lobbisinin əlində oyuncağa çevrilən Qorbaçov, o cümlədən Yeltsin başa düşə bilmədilər. Bu baxımdan bu gün Rusiyanın “müttəfiqi” rolunda çıxış edən ermənilərin istənilən an ağalarına xəyanət etməyəcəyinə də heç kim zəmanət verə bilməz. Bu sadə həqiqəti Rusiya anlayanda isə çox gec olacaq…

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

BIR CAVAB BURAXIN