Ermənistan Müdafiə Nazirliyinin 140 yüksək vəzifəlisi işdən qovulub

0
551

Son 8 ildə Ermənistan Müdafiə Nazirliyinin 140 yüksək vəzifəli şəxsi işdən uzaqlaşdırılıb.
Modern.az saytı Ermənistan mediasına istinadən bildirir ki, bu haqda müdafiə naziri Seyran Ohanyan jurnalistlərlə görüşündə məlumat verib.

Onun sözlərinə görə, bunun 60 nəfəri korrupsiya faktları səbəbindən yüksək vəzifədən gedənlərdir.
“Korrupsiya ilə mübarizə daim aparılır. Silahlı qüvvələrdə kadr siyasəti ağıllı aparılır, amma əyintilər də olur”, – nazir vurğulayıb.

BIR CAVAB BURAXIN