Ermənistan cəbhədə 8 hərbçi itirdi

0
567


 

Martın 1-dən 13-nə qədər olan dövrdə cəbhə xəttində həlak olmuş 8 hərbçinin adını açıqlamayan Ermənistan Müdafiə Nazirliyinin bunu parlament seçkilərindən sonra edəcəyi gözlənilir.

Virtualaz.org xəbər verir ki, həmin itkilər sözügedən tarixlərdə erməni tərəfinin təxribatçı hərəkətləri nəticəsində verilib.

Mənbə bildirir ki, öldürülənlər mənzil-qərargahı Hadrut şəhərində yerləşən 1, 2, 4, 5 və 18-ci motoatıcı diviziyanın zabit və sıraviləridir.

Belə ki, martın 6–da Füzuli rayonunun işğal edilmiş Aşağı Əbdürəhmanlı kəndi yaxınlığında erməni tərəfi iki döyüşçüsünü, martın 9-da səhər Lələtəpə yüksəkliyi tərəfdə bir döyüşçüsünü, həmin günün axşamı Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında bir döyüşçüsünü, martın 11-də Xocavənd rayonu ərazisində bir döyüşçüsünü, martın 12-də günortadan sonra Lələtəpə yüksəkliyi tərəfdə bir döyüşçüsünü və Aşağı Əbdürəhmanlı kəndi yaxınlığında bir döyüşçüsünü, martın 13-də isə səhər Ağdam rayonunun Qarakənd kəndinin yaxınlığnda daha bir döyüşçüsünü itirib.

Çoxsaylı itkilər üzündən psixoloji gərginliyi aradan qaldırmaq üçün Ermənistan Müdafiə Nazirliyi bir qrup Qarabağ müharibəsi veteranını Lələtəpə və Aşağı Əbdürəhmanlı kəndi yaxınlığındakı mövqelərə ezam edib.

 

BIR CAVAB BURAXIN