Ermənistan artilleriyaçıları öz hərbi hissələrini atəşə tutdu

0
577

Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan orudsunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.
“Report” xəbər verir ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən atılan mərmi Azərbaycanın işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin tank alayının ərazisinə düşüb.

Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib.
Hazırda istintaq tədbirləri həyata keçirilir.

BIR CAVAB BURAXIN