Ermənistan Aİ-nin qara siyahısına düşə bilər

0
573

Avropa İttifaqı Ermənistanı dekabrda vergi sığınacağı (ofşor) hesab edilən ölkələrin siyahısına daxil edə bilər.   Arazinfo.com-un APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Aİ-nin vergitutma  məsələləri üzrə xüsusi işçi qrupunun materiallarında əks olunub. Qeyd olunan işçi qrupu vergi məsələlərində Aİ ilə əməkdaşlıqdan boyun qaçıran yurisdiksiyaların siyahısını tərtib edir.

Məlumata görə, işçi qrupu siyahıya dair tövsiyələri Aİ ölkələrinin maliyyə nazirlərinin dekabrın 5-də keçiriləcək müşavirəsində təqdim oluna bilər. Aİ dövlətləri siyahıya daxil edilən ölkələrə qarşı görüləcək tədbirlər barədə hələlik razılığa gəlməyiblər.   Qeyd olunan “qara siyahıya” Ermənistan, Kuk adaları, Marşal adaları, Panama, Serbiya, Tunis –  ümumilikdə 36 ölkənin daxil ediləcəyi gözlənilir.

BIR CAVAB BURAXIN