“Ermənilərin arxasında məhz xristian dövlətləri durur”

0
558

“Ermənilər tarixən Azərbaycan torpaqlarına yiyələnmək istəyib”.

Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O qeyd edib ki, Ermənistan adında təcavüzkar qonşumuz hələ XIX əsrin əvvəllərindən bizim torpaqlarımıza göz dikib. Onların da havadarları daim onlara kömək edib: “Azərbaycan torpaqlarında ermənilər dəfələrlə soyqırımı törədib. Onların arxasında dayanan qüvvələrin kimlikləri hər kəsə məlumdur. Bu gün də həmin havadarlar öz köməklərini davam etdirir. Bu gün də ermənilərin gözü doymur”.

QMİ sədri qeyd edib ki, ermənilər özlərini həmişə yazıq kimi göstərirlər: “Bəziləri də elə düşünür ki, onlar soyqırımına məruz qalıb. Halbuki ermənilərin günahsız insanlarımıza qarşı törətdikləri vəhşiliklər heç vaxt yaddan çıxmaz. Dünyada xristianları müsəlmanlara qarşı qoymaq istəkləri var. Çünki ermənilərin arxasında məhz xristian dövlətləri durur”. (trend)

BIR CAVAB BURAXIN