Ermənilər türkdür? – Sensasiyalı SİRLƏR açılır

0
3241

Ermənilərin milli kimliyi ilə bağlı zaman-zaman maraqlı informasiyalar yayılır. Növbəti maraqlı məlumatı Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey yayıb.

G.Gülbey ermənilərin ulu babalarının türklər olduğunu deyib.

“Tövratda diqqətçəkən bir hekayə var. Toqarma, yaxud da Torok adlı qövm bugünkü ermənilərin atası olan qövmdür. Torokun 8 oğlu olub, ən böyük oğlunun adı Hayos idi. Ermənilər özlərinə Hayosu (Hay) ata hesab edirlər. Tarixdə ermənilər yox, haylar var. Və yenə də ermənilərin yurdu Ermənistan yox, Hayastandır. Lakin bu hekayə bir yerdə daha da diqqətçəkən olur. Hayların (yəni bügünkü ermənilərin) atası Torokdur. Torok isə türk deməkdir. Yəni ermənilər özlərini türk soyuna bağlayırlar. Bunun səbəbi nədir? Səbəb odur ki, tarixdə erməni deyilən qövm ümumiyyətlə, olmayıb, bu, uydurma qövmdür. O qədər uydurmadır ki, ermənilər Hayı öz ulu babaları adlandırdıqlarına baxmayaraq, heç bir tarixi sənəddə haylardan bəhs edilmir. Antik dövrün tarixçiləri Ermənistan deyilən ərazidən və bu ərazidə yaşayan qövmlərdən bəhs edirlər, lakin onların arasında haylar yoxdur. Torokun ikinci oğlu İber və ya Karteldir. Bizim dilimizdə bu, gürcü deməkdir. Tarixi mənbələrdə Kartellərdən bəhs olunur, haylardan isə yox. Burada ermənilərlə bağlı iki məqam ortaya çıxır: birincisi, ortaq bir ata vardır, lakin bu atanın qövmü yoxdur, ikincisi, Ermənistan deyilən yer vardır, amma ermənilər deyilən qövm yoxdur”, – deyə ASİMDER rəhbəri vurğulayıb.

Genetika üzrə türkiyəli mütəxəssis Osman Çataloluk Ermənistanda 2000-ci ildən başlayaraq aparılan genetik araşdırmalar nəticəsində ermənilərin 49 faizinin türk-qıpçaq əsilli olduğunu deyib.

Onun sözlərinə görə, nəticələrdən narahat olan Ermənistan hökuməti araşdırmanın qarşısını alıb: “Bu, əvvəldən bəlli olan bir həqiqətdir. Xüsusilə haylar əsl erməni və qıpçaqlardan gəlmələrdir. Genetik araşdırmalarda Gaziantepdən başlayaraq Sivas, Amasiya, Tokat yolu ilə Samsuna gedən, buradan da Qaradəniz boyunca Gürcüstan və Ermənistana uzanan yüzlərlə R1b – M269 mutasiyasına rast gəlinib. Bu mutasiyanın formalaşdığı tarix eramızdan əvvəl 4700-ci illərdir. Bu tarix Subar – Şumer müharibəsinə təsadüf edir. Şumerlərdən qaçan subar prototürklər Anadoludan keçərək burada parçalanır. Bir qismi də Qara dəniz sahillərində yerləşir. Kut/Qut, Hitit, İskitlər və onlardan törəyən qıpçaqların ataları bu prototürk qrupudur. Bu həqiqət indi ortaya çıxır”.

Mütəxəssis qeyd edib ki, bugünkü Ermənistan torpaqlarında tarix boyunca müxtəlif qəbilələr yaşayıb: “Armenia” sözü min illərdir coğrafi yer adıdır. Yəni Ermənistan adı etnik köklə bağlı deyil. Yalnız coğrafi bir termindir”.

Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin də əslində erməni yox, türklər olması haqda tarixi faktlar mövcuddur.(publika.az)

BIR CAVAB BURAXIN