Ermənilər neft “tapdı”: Petrosyan Nikoldan yardım istəyir

0
504

Ermənistanda neft və qaz yataqları tapılıb, amma keçmiş hakimiyyətlər onların işlənməsi üçün maneələr yaradıblar.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnteqral Petroleum MMC-nin baş direktoru Vaçaqan Petrosyan deyib. Onun sözlərinə görə, “İnteqral Petroleum” 2012-ci ildən bu yana Ermənistanda neft və qaz axtarışları aparır:

“Tədqiqatlar Armavir vilayətində qaz yataqları tapmağa yardım edib. İlkin qiymətləndirmədə onun həcminin 15 milyard kub metr olduğunu müəyyən edib. 2016-cı ildə isə şirkət neft axtarışına başlayıb. Nəticədə 35,8 milyon ton neft ehtiyatı aşkarlanıb”.

##

O, 2016-cı ilin iyununda bu yataqların işlənməsi üçün Serj Sərkisyana müraciət etdiyini və eks-prezidentin buna yardım edəcəyini bildirib:

“Bir ay sonra “Taşir” şirkətinin rəhbəri Samvel Karapetyan mənə yardım edəcəyini və mütəxəssislərini buraya göndərəcəyini bildirdi. Mütəxəssislər yataqların perspektivli olduğunu təsdiq etdi. Daha sonra Karapetyanla gələcək iş barədə danışsaq da, sonradan bütün əlaqələr dayandırıldı. Energetika Nazirliyi bizim lisenziyamızın bitməsini gözlədi”.

Qeyd edək ki, Ermənistanda neft axtarışları 1947-1991-ci illər ərzində aparılıb. Bu tarix ərzində 208 quyu qazılsa da, bir qaşıq da neft tapılmayıb.

BIR CAVAB BURAXIN