Ermənilər Gürcüstanda yeni ASALA yaratdı

0
731

ASALA Gürcüstanın Cavaxetiya bölgəsində Virk-Yerkir adıyla yenidən qurulub.

Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy söyləyib. Onun sözlərinə görə, Virk-Yergirin keçmiş rəhbəri Vaaqn Çaxalyan 2008-ci ildə silahlı təşkilat qurmaq və silah alveri etmək şübhəsi ilə həbs edilib:

“Rusiya bölgədəki siyasətini həyata keçirmək üçün Ermənistanı və digər ölkələrdəki ermənilərdən istifadə edir. Buna görə də Cavaxetiya məsələsi o qədər də bəsit bir məsələ deyil. Cavaxetiya problemi Dağlıq Qarabağın işğalı ilə birlikdə başlayıb. Bir vaxtlar bölgə erməni dəstələrinin nəzarətinə keçsə də ermənilər Dağlıq Qarabağı həll etmədən dünyaya açılan sərhəd qapılarının bağlanmaması üçün bu problemdə müəyyən qədər geri çəkilməli olub. Ruslar Axalkalakidəki rus bazasını boşaldıb bölgədən çıxanda götürə bilmədikləri müəyyən silahları Cavaxetiyadakı Virk-Yerkirin üzvlərinə verdilər”.

O, Gürcüstandakı azərbaycanlıların təhlükə qarşısında olduğunu bildirib:

“Gürcüstan vətəndaşı olan azərbaycanlıların 2002-ci ilin hesablamalarına görə sayı 284761 nəfərdir. Bu rəqəm Gürcüstanın 6,5%-i deməkdir. Bu gün onların sayı 600 min nəfərdir. Cavaxetiyaya yaxın bölgələrdə olan türklər təhdid altındadırlar. Rusların verdikləri silah və maddi dəstəklə Xocalı qətliamını həyata keçirən ermənilər Gürcüstanda da Borçalı qətliamını gerçəkləşdirəcəklər. ASALA-ya bənzəyən Virk-Yerkir bunu həyata keçirmədən öncə Gürcüstan dövlət rəsmiləri, Türkiyə və Azərbaycanın xarici işlər nazirlikləri buna müdaxilə etməlidirlər”.Axar.az

BIR CAVAB BURAXIN