Erməni səfirlər Ermənistanın deyil, Rusiyanın maraqlarını müqdafiə edirlər

0
557

Bəzi ölkələrdə erməni səfirlər Ermənistanın deyil, Rusiyanın maraqlarını müdafiə edirlər.

Arazinfo.com-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu parlamentin iclasındakı çıxışında “Lusavor Ayastan”fraksiyasının deputatı Armen Babacanyan deyib.

O xatırladıb ki, uzun illər Ermənistanı xaricdə şübhəli bioqrafiyası olan kriminal şəxslər təmsil edib. Babacanyan buna misal kimi Ukraynadakı Ermənistan səfiri Andranik Manukyanı göstərib: “Manukyan Rusiya səfiri ilə birlikdə Ukraynada rəsm əsəri alveri ilə məşğul olub”.

Erməni deputat Gürcüstanın akkredasiya etmədiyi Sergey Minasyanın Rumıniyaya səfir təyin edilməsini də Rusiya amili ilə əlaqələndirib.

Armen Babacanyan Ruben Sadoyanın Gürcüstana səfir təyin ediləməsində də Rusiya faktoru olduğunu bildirib: “Belə çıxır ki, biz Rusiyanın tör-tökülüntüləriyik. Rusiyanın bəzi Avropa ölkələri ilə problemləri var və bizim səfirlər bu işdə onların maraqlarını müdafiə edirlər”.

Babacanyan Sarkisyan tərəfindən kriminal aləmdə tanınan Ruben Tatulyanın XİN-ə baş məsləhətçi,  Ukrayna tərəfindən barəsində axtarış elan edilən  Sergey və Nikolay Sarkisovların müvafiq olaraq Lion və Los-Ancelesə konsul təyin edilməsini də Ermənistanı piz vəziyyətdə qoyduğunu söyləyib.