Erməni rəqibi azərbaycanlı “Qəzəbli mələk”lə döyüşdən qorxdu

0
580
 

Ermənistan kiqboks yığmasının üzvü Anoska Akokulyan “Qəzəbli mələk” ləqəbli Azərbaycan kiqboksçusunun qarşısından qaçıb.

Modern.az xəbər verir ki, Gürcüstanın paytaxtında K-1, Tay Boksinq və Kiqboksinq üzrə beynəlxalq turnir davam edir. Azərbaycan yığmasının tərkibində Xaçmaz Azad Kiqboksinq klubunun üzvü, “Qəzəbli mələk” ləqəbli 15 yaşlı Nəzrin Əsgərova da iştirak edir.

Onun erməni rəqibi Anoska Akokulyan “Qəzəbli mələk”lə qarşılaşmaqdan imtina edərək özünü rüsvay edib. Nəticədə Nəzrin Əsgərova gürcüstanlı kiqboksçu ilə qarşılaşmalı olub.

“Qəzəbli mələk” rəqibini böyük üstünlüklə məğlub edərək birincilik qazanıb və öz çəki dərəcəsində çempion olub.

BIR CAVAB BURAXIN