Erməni qız “Apple” şirkətini “titrətdi” – Bir trilyon dollar

0
630

 

Amerikanın Kaliforniya ştatından olan Violetta Maylyan “Apple” şirkətinə qarşı məhkəmə qaaydasında bir trilyon dollarlıq iddia qaldırıb. Bu barədə “Patently Apple” məlumat yayıb.

Bir qədər əvvəl “Apple” etiraf etmişdi ki, “iPhone”-un bir sıra köhnə modellərinin işinin sürətini qəsdən azaldır. Bu isə istifadəçilərin etirazına səbəb olub.

Narazılardan biri də erməni əsilli ABŞ vətəndaşı Violetta Maylyandır. Qadın “iPhone”-un sürətini qəsdən zəiflətdiyinə görə texnologiya nəhənginə qarşı məhkəmə qarşısında 999999999000 dollarlıq (təqribən 1 trilyon) təzminat davası açıb.

“İzvestiya”nın xəbərinə görə, “Apple” əleyhinə eyni ittihamla Nyu York sakini Raisa Drentivi də çıxış edib. Onun kompensasiya tələbi də kifayət qədər ciddi məbləğdədir. Qadın şirkətdən 100 milyon dollar istəyir.Sputnik.az

 

BIR CAVAB BURAXIN