Erməni naşir Bakıxanovu necə aldatdı?

0
570


Azərbaycanın XIX əsr maarifçilik məktəbinin yaradıcılarından olan Abbasqulu ağa Bakıxanovun fəaliyyət sahəsi, yaradıcılığı həddindən artıq zəngin və çoxşaxəlidir.
Lakin həyatında təqiblərə, təzyiqlərə çox məruz qalan Bakıxanov işində olduğu kimi yaradıcılığında da bəzi haqsızlıqlarla üzləşib. Bu haqsızlıqlardan biri də onun “Qanuni-qüdsi” kitabı ilə bağlıdır.
Moderator.az həmin kitabın çapı ilə bağlı maraqlı faktı təqdim edir. “Azərbaycan mətbuatı və çаr senzurası” (1850-1905) kitabında erməni naşirin Bakıxanovu necə aldatması faktı çox sarsıdıcıdır:
Аrхiv sənədlərindən aydınlaşır ki, “Qanuni-Qüdsi” kitabı Реtеrbuгqdа dövlət hesabına deyil, müəllifinin хərсilə Tiflis şəhərində çap olunub.
” Qanuni-Qüdsi” nin Tiflisdə nəşrinə qraf K.V .Nesselrodyeden icazə alındıqdan sonra A. Bakıxanov general İ.F. Paskeviçin vasitəsilə dövlətdən 120  çervons  borc alır. Əsərin çapı nəşriyyat komitəsinin tabeçiliyində olan hökümət mətbəəsində nəzərdə tutulmuşdu. A.Bakıxanov kitabın 1000 nüsxə tirajla çapı üçün mətbəə sahibi Araratovla müqavilə bağlayıb, ona qabaqcadan 120 çevrons pul verir. O kitabın nəşrinə nəzarət etməyi yaxın dostu, nəşriyyat komitəsinin müdiri və  “Tiflisski vedomosti”  qəzetinin redaktoru P.S.Sankovskidən xahiş edir. P.Sankovski kitabın çapına nəzarət işin vəziyyəti barədə vaxtaşırı Bakıxanova məlumat verməyi də öhdəsinə götürür, mətbəə sahibi Araratov əsərin çapına başlayır. P.Sankovskinin nəşrə nəzarəti kitabın səliqə ilə çapına səbəb olur.
Çox keçmədən  P.Sankovskinin qəflətən vəfatı kitabın nəşrini nəzarətsiz buraxır. 1832-ci ilin avqust ayında isə Arartov heç bir xəbərdarlıq etmədən və hesabat vermədən Tiflisdən köçür. Aydın olur ki , o, min nüsxə əvəzinə 976 nüsxə kitab çap edib. Beləliklə, Araratov
A.Bakıxanovla bağladığı müqaviləni yerinə yetirmədən sifarişçi ilə haqq- hesabını dəqiqləşdirmədən Tiflisdən qaçıb.
A.Bakıxanovun səyləri, dövlət idarələrinin işə qarışması, yazışmalar heç bir səmərəli nəticə vermədi. Müəllif az çap olunmuş kitabının əvəzini , artıq qalmış materila və vəsaiti nə Araratovdan, nə də mətbəədən geri almağa nail olmadı .
,,Qanuni -Qüdsi ” nin çapına sərf etdiyi vəsaiti əldə edə bilməyən A.Bakıxanovun dövlətdən aldığı borcu ödəmək imkanı olmadığından , 120 çervons  pulu onun təqaüdündən tutub dövlət hesabına köçürürlər.
Hazırladı: Elmin Nuri 

BIR CAVAB BURAXIN