Erməni millətçiləri: “Vaan Martirosyanı Tələt Paşa kimi öldürəcəyik”

0
560

Erməni hüquq müdafiəçisi, haqqin.az və virtualaz.org-un xüsusi müxbiri Vaan Martirosyana qarşı sui-qəsd cəhdi sosial şəbəkələrdə erməni millətçiləri arasında ajiotaja səbəb olub.

Sayılı saatlar ərzində Vaan Martirosyanın ünvanına hədə-qorxu dolu xeyli sayda məktub gəlib. Erməni hüquq müdafiəçisini açıq-aşkar ölümlə hədələyirlər. Öz məktublarında erməni millətçiləri yazırlar ki, Vaan Martirosyanı erməni terrorçuları tərəfindən öldürülmüş Tələt Paşa və Ənvər Paşanın taleyi gözləyir.

“Biz Tələt Paşanı Berlində, Ənvər Paşanı isə Orta Asiyada tapıb öldürmüşük. Vaan Martirosyanı isə Ukraynada öldürəcəyik”, – məktublarda deyilir.

Xatırladaq ki, bu gün Odessada Vaan Martirosyana sui-qəsd cəhdi olub, lakin o, xoşbəxt təsadüf nəticəsində sağ qalıb.

BIR CAVAB BURAXIN