Erməniyə ərə gedən azərbaycanlı qızlar

0
26

Düşmənimiz olan erməni xalqının nümayəndəsini sevib, ailə qurduğuna görə azərbaycanlı qızları qınayanlar da olub, xoşbəxtlik arzu edənlər də. Bəzilərinin fikrincə, sevginin gözü kordur.

Əksəriyyət isə hesab edir ki, Azərbaycan xalqı heç bir zaman ermənilərin bizə yaşatdığı vəhşəti unutmamalıdır.

Arazinfo.com  big.az-a istinadən ermənilərlə ailə quran azərbaycanlı xanımların görüntülərini təqdim edir.

Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızı erməniyə ərə gedib.

Toy mərasimi Moskvada yerləşən erməni iş adamına məxsus restoranların birində baş tutub.

Qeyd edək ki, diaspor sədri A.Kərimovun erməni ilə ailə həyatı quran qızının toy mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.

Erməniyə ərə gedən azərbaycanlı qızlar - SİYAHI+FOTOLAR
Erməniyə ərə gedən azərbaycanlı qızlar - SİYAHI+FOTOLAR
Erməni oğlanla ailə quran azərbaycanlı qız Leyla da zaman-zaman sosial şəbəkələrdə müzakirə olunur

Artyom Xaçaturyanla evlənən Leyla həyat yoldaşının soyadını da götürüb. Həmyerlimizin ermənidən bir qız övladı var. Qızının fotolarını paylaşan Leyla övladı və əri ilə çox mehriban olduğunu bildirib. Leyla hər zaman iki ölkə arasında sülh yaranacağına ümid etdiyini qeyd edir.

Qeyd edək ki, Leylanın atası azərbaycanlı, anası asetindir.

Erməniyə ərə gedən azərbaycanlı qızlar - SİYAHI+FOTOLARTürkiyədə yaşayan əslən azərbaycanlı olan Dilarə adlı qız erməni oğlanla ailə qurub.

Dilarə ünvanına “Ailə qurmağa başqa oğlan tapmadın, ermənini seçdin?” kimi sözlərə “Sevginin dini, irqi, milliyəti olmur. Onu çox sevirəm və xoşbəxtəm” deyə cavab verib.

Qeyd edək ki, Veli Avcı Türkiyədə doğulub və Türkiyə vətəndaşıdır. Anasının erməni olduğu bildirilir.

Erməniyə ərə gedən azərbaycanlı qızlar - SİYAHI+FOTOLAR

Erməniyə ərə gedən azərbaycanlı qızlar - SİYAHI+FOTOLAR

Gülnar Kərimova adlı azərbaycanlı qızın erməni millətindən olan Vlad adlı oğlanla eşq yaşadığına aid məlumatlar yayılıb. Vlad Abovyan erməni ordusunda xidmət edir və Azərbaycana qarşı kin və nifrətini sosial şəbəkələr vasitəsilə etiraf edir.

Erməniyə ərə gedən azərbaycanlı qızlar - SİYAHI+FOTOLAR
Erməniyə ərə gedən azərbaycanlı qızlar - SİYAHI+FOTOLAR

Rusiyanın Azərbaycan əsilli aktrisası Səbinə Əhmədova erməni milyarderlə evlənib.

Aktrisa “Росгосстрах” şirkətlər qrupunun sahibi Danil Xaçaturovla ailə həyatı qurub.

“Forbes”in hesablamalarına görə, erməni iş adamının 2 milyard dollar sərvəti var. Danil Xaçaturov 2008-ci ildə evləndiyi Ulyana Serqeenkodan 2013-cü ildə boşanıb.
Erməniyə ərə gedən azərbaycanlı qızlar - SİYAHI+FOTOLAR

Ruhi Muradova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here