Ermənistanın “Armenikum” ajiotajı yalan çıxdı

0
543

 

Bir müddət əvvəl Ermənistanda guya İmmun çatışmazlığı sindromu xəstəliyini (SPİD-VİÇ) müalicə etməyə qadir “Armenikum” dərmanının istehsal edildiyi bildirilmişdi.  “Arazinfo.com”un “Yeniavaz.com”a istinadən verdiyi məlumata görə amma Ermənistanın beynəlxalq aləmə yeni kəşf kimi təqdim etdiyi və bunu erməni tibb alimlərinin böyük uğuru kimi qələmə vermələri yalan çıxıb. Beyənlxalq Səhiyyə Təşkilatının xüsusi laboratoriyalarında aparılan araşdırmalar, həmçinin bu qorxulu xəstəliyə tutulanlar üzərində keçirilən sınaqlardan sonra “Armenikum”un heç nəyə yaramadığı məlum olub. Belə ki, Rusiya, ABŞ, Fransa və digər ölkələrdə İmmun çatışmazlığını müalicə etmək üçün keçirilən sınaqlarda istifadə edilən müxtəlif dərman preparatlarının sintezi yolu ilə alınan”Armenikum” faktiki olaraq xəstələrin müalicəsinə yardım etmir. Bununla belə Ermənistan Səhiyyə nazirinin müavini Sergey Xaçatryan iddia edib ki, “Armenikum” güclü immuno stimulyatordur və ondan istifadə etmək olar: “Bir neçə il əvvəl biz ondan qrip xəstəliyinin müalicəsində istifadə etdik və yaxşı nəticə əldə etdik”.

Amma erməni tibb alimlərinin dünyaya bəh-bəhlə təqdim etdikləri, hətta İmmun çatışmazlığını müalicə etdiyinə görə Nobel mükafatına təqdim etmək istədikləri “Armenikum”un heç nəyə yaramaması ondan qripin müalicəsində də uğurlu istifadə edildiyi barədə Xaçatryanın söylədiklərinin də yalan ola biləcəyini göstərir.

BIR CAVAB BURAXIN