Ermənistanda iki nəfər donuz qripindən ölüb

0
97

Gürcüstandan sonra Ermənistanda da donuz qripi ölümə yol açıb.

Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, qonşu ölkədə daha bir nəfər donuz qripindən dünyasını dəyişib. Ermənistan Səhiyyə nazirliyinin məlumatına görə 62 yaşlı kişinin ilkin diaqnoza görə ürək-damar xəstəliyindən öldüyü bildirilsə də sonradan onun qanında AN1N1 virusu tapılıb. Bundan əvvəl isə Ermənistanda 55 yaşlı qadın donuz qripindən dünyasını dəyişib.