Ermənistan ordusunda əsgər ölümləri – Dəhşətli faktlar

0
213

x

Ermənistan mətbuatında bu ölkənin ordusunda xidmət edən əsgərlərin qeyri-döyüş şəraitində kütləvi şəkildə öldürülmələri ilə bağlı məlumatlar mütəmadi olaraq yayılmaqdadır. Arazinfo.com-un “Yeniavaz.com”-a istinadən verdiyi məlumata görə, bu ölmlərə etiraz edən bir qrup erməni qadın mətbuat vasitəsilə Ermənistan ictimaiyyətinə, erməni analara müraciət edərək övladlarını hərbi xidmətə göndərməməyi tövsiyyə edirlər. Həmin müraciətlərdə erməni analar və atalar açıq şəkildə qeyd edirlər ki, bizim əsas düşmənimiz türklər (azərbaycanlılar-red.) deyil, mövcud Ermənistan hakimiyyətidir. Valideyinlərdən birinin açıqlamasında bildirilir ki, onların 18 yaşlı övladı deyilən kimi təsədüf nəticəsində ölməyib, onu öldürüblər. Rəsmi məlumatlara görə, İrəvandan Qarabağa qulluq etməyə göndərilən əsgər avqust ayının 26-da Qarabağdakı hərbi hissələrdən birindən ağır vəziyyətdə hospitala aparılarkən ölüb. 8 ay qabaq əsgərliyə xidmət etməyə gedən Ağasinin anası Qayane Abrahamyan deyir ki, övladının bədənində xəsarətlər var və bu da onun vəhşicəsinə döyülüb öldürüldüyünü sübut edir: “Mənim övladımı vəhşicəsinə döyərək öldürüblər, mən bunu dəqiq deyirəm. Sağlam övlad vermişdim sağlam və salamt da geri istəyirdim övladımı. O mənim bir övladım idi və bu gün onu mənə öldürülmüş vəziyyətdə təhfil verdilər”.

Qeyd edək ki, öldürülən əsgərin hansı şəraitdə və kimlər tərəfindən öldürüldüyü barədə hələ bu günə qədər hərbi hissə tərəfindən heç bir açıqlama verilməyib.

Başqa bir valideyin isə bildirir ki, övladı Narek Qalstyan Syunik rayonunda 50869 saylı hərbi hissədə öldürülüb: “Onu 2 tonluk benzin çənində öldürüblər. Güya mənim övladım mayın 9-da qələbə günü gedib yanacaq oğurluğuna və orda çənə düşüb boğulub. Bu gün təsədüfi seçilməyib həmin gün hərbi hissə komandirləri bayramı qeyd ediblər içiblər və satdıqları yanacağı mənim əsgər övladımın boynuna qoymaq üçün və izi itirmək üçün qəsdən öldürüb çənə atıblar. Onunla birgə qulluq edənlər də şahidik edirlər ki, Nariki çənə salıb qapağı bağlayıblar və oda orda havasızlıqdan boğulub ölüb. Mən tələb edirəm ki, kim öldürübsə Nareki onu istintaqa cəlb etsinlər. Və mənim şübhəm yoxdur ki, onu öldürənlər komandir heyyətindəndir. Bunlar utanmadan mənim övladımın ölümünü oğurluqla bağlayıb bütün nəslimizi təhqir edirlər. Bu isə elə deyil, bayram günü yanacağı oğurlayıblar komandirlər doldurublar ciplərinə və yeyib-içib hərbi hissədə özbaşınalıqlar ediblər”.

Onu da bildirək ki, bu cür faktlar oni göstərir ki, son zamanlar Ermənistan ordusunda qeyri döyüş şəraitində ölən əsgərlərin sayı artıbdır. Bu il orduda 20 hadisədir ki, əsgər ya özünə qəsd edir, ya da başqasının əli ilə öldürülür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 2 =