Ermənilərin iki gündə Tərtərə vurduğu ziyan

0
237

Tərtərdə 20 ev, 1 inzibati bina, 20-dən çox məzar dağıdılıb.

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından və vətəndaşlardan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan çoxsaylı məlumatlara əsasən, cari ilin aprel ayının 26-dan etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, xüsusən cəbhənin Tərtər rayonu istiqamətində mülki obyektlər, əsasən də yaşayış binaları Ermənistan ordusu tərəfindən hədəfə alınıb.

ANS TV-nin Qarabağ müxbiri son xəbərləri çatdırır

Komissiyadan ANS PRESS-ə verilən məlumata görə, iriçaplı silahlardan və ağır artilleriya qurğularından açılan atəşlər nəticəsində dağıdılıb. Belə ki, ağır artilleriya atəşi nəticəsində Tərtər şəhərində 4 fərdi yaşayış evi, bir inzibati bina, Tərtər rayonu Qaraağacı kəndində 16 fərdi yaşayış evi, kənd qəbiristanlığında 20-dən çox məzar dağıdılmış, o cümlədən şəxsi təsərrüfatlara, rayonun elektrik və qaz təsərrüfatına ciddi ziyan dəyib. Bu hallar hazırda da davam edir.

Qeyd olunanları nəzərə alaraq Dövlət Komissiyası bu addımların beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini Beynəlxalq Qızıl Xaç Komitəsinin diqqətinə çatdırıb və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırıb.

Tərtər, Yuxarı Qapanlı kəndi - ermənilərin dağıtdığı ev

Tərtər, Yuxarı Qapanlı kəndi – ermənilərin dağıtdığı ev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six + nine =