Erməni xüsusi xidmət orqanları Lusine Nersisyanı həbs etdi

0
276
 

Haqqin.az və Virtualaz.org saytlarında Xankəndindən olan gənc yazıçı Lusine Nersisyanın müsahibəsi dərc edildikdən dərhal sonra o, Ermənistan xüsusi xidmət orqanlarının işğalçı Dağlıq Qarabağ rejimində fəaliyyət göstərən şöbəsi tərəfindən hıəbs edilib. Artıq bir neçə saatdır ki, L.Nersisyan Xankəndində xüsusi xidmət orqanlarının binasında saxlanılır.

Bunu “Aravot” qəzetinə müsahibəsində “DQR prezidenti”nin mətbuat katibi David Babayan təsdiq edib. O, Azərbaycanı Ermənistana və Dağlıq Qarabağa qarşı “hibrid müharibə” aparmaqda günahlandırıb: “Son həftələrdə Azərbaycan bizə qarşı informasiya müharibəsi elan edib. Onlar bizim kütləvi informasiya vasitələrinə müdaxilə etməyə çalışır, insanların psixologiyasına təsir edirlər, müharibənin hibrid formalarının müxtəlif formalarından fəal şəkildə istifadə edirlər”.

D.Babayanın sözlərinə görə, Ermənistanın xüsusi xidmət orqanları hazırda L.Nersisyanı Azərbaycan KİV-də çıxış etməyə və Bakı sülhməramlı deklarasiyasını dəstəkləməyə vadar etmiş xüsusları araşdırırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

16 − fifteen =