Erməni ekspert: Bakı yeni “Aprel zərbəsi” endirəcək

0
86

Ermənistan Rusiyadan Su-30 qırıcıları əldə etdiyinə görə sevinməyə bilər, belə ki, 2020-ci ilin birinci yarısında Azərbaycan HHQ də bu qırıcıları əldə edərək, öz arsenalını zənginləşdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri “Revyu” proqramının efirində siyasi elmlər namizədi, Cənubi Qafqazın geosiyasəti üzrə erməni mütəxəssis Anjela Əlibəyova (Elibeqova) deyib.

Onun sözlərinə əsasən, etibarlı mənbələrin məlumatına görə, Ermənistanın Su-30 çoxfunksiyalı təyyarələrini əldə etməsindən sonra Azərbaycan da Rusiya istehsalı olan bu qırıcıları alacaq.

“Böyük ehtimalla Azərbaycan tərəfi istədiyini əldə edəcək. Biz buna hazır olmalı və Rusiyanın yeni nəsil qırıcılarını Azərbaycana satmasına təəccüblənməməliyik”, – deyə erməni ekspert bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün ssenariləri barədə danışan Əlibəyova 2020-ci ildə Azərbaycanda seçkilərin gözlənildiyini və çox şeyin Bakıdakı siyasi proseslərdən asılı olacağını qeyd edib:

“Azərbaycan münaqişəni hərbi yolla həll etməyə çalışır, ancaq bu, təkcə Bakının deyil, həm də üçüncü tərəflərin mövqeyindən asılıdır. Hazırda Azərbaycan Aprel döyüşlərindən sonra olduğu kimi, diplomatik alibi təmin etmək məqsədilə Minsk Qrupu həmsədrləri ilə fəal danışıqlar aparır. O zaman Azərbaycan genişmiqyaslı hücum təşkil etdi və heç bir beynəlxalq təşkilat rəsmi Bakıya qarşı çıxış etmədi”.