Erməni alimin elmi konfransda iştirak etməsinə icazə verilməyib

0
196

Florensiyada İran və Qafqaz ərazisində kurqanlarla bağlı keçiriləcək elmi konfransda erməni alim iştirakına icazə verilməyib.

Bu barədə erməni KİV-lərinə müsahibəsində Ermənistan Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya İnstitutunun əməkdaşı Njde Eranyan bildirib.

Onun sözlərinə görə, apardığı araşdırma işğal altında olan Dağlıq Qarabağla bağlı olduğundan konfransda iştirakla bağlı müraciətinə rədd cavabı verilib.

“Mənə bildirdilər ki, YUNESKO-nun qərarına əsasən, mübahisəli zonalarda arxeoloji araşdırmaların aparılması qadağandır. Qarabağ isə münaqişə zonasıdır”, – deyə erməni alim bildirib.

Eranyan qərara etiraz etsə də, bu, heç nəyi dəyişməyib.

Qeyd edək ki, 29-30 mart tarixlərində İtaliyanın Florensiya şəhərində İranQafqaz ərazisində kurqanlarla bağlı elmi konfrans keçiriləcək.Azvision.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

sixteen + twenty =