Elnarədən növbəti qalmaqallı açıqlama-VİDEO

0
559

Tanınmış xanəndə Elnarə Abdullayeva ATV kanalında yayımlanan “10-dan sonra” proqramının qonağı olub. “Qafqazinfo” xəbər verir ki, o, canlı efirdə müzakirələrə səbəb olacaq açıqlama verib.

E. Abdullayeva son zamanlar tələbələrin səhlənkar olduğunu bildirib:

“Mən tələbəni vura bilərəm. Xasiyyətim belədir.  İndiki uşaqlarda səhlənkarlıq var. Danışıqlarını da bilmirlər. Müəyyən müəllimələrin yanında olanda görmüşəm ki, gənclər onlarla necə danışır. Demişəm ki, az, bu sənlə necə danışır?  Allaha and olsun, onun meyitini ataram. Hər kəs öz xarakterinə uyğun hərəkət etməlidir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifə

BIR CAVAB BURAXIN