Elektriklə çalışan yük və idman maşını gəlir

0
558

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri Elon Mask elektrikli yük maşınının prototipi “Tesla Semi”ni təqdim edib və ilk dəfə yeni nəsil “Roadster” idman maşını nümayiş etdirib.

Təqdimat Kaliforniyada təşkilatın mənzil qərargahında keçirilib.

Məlumata görə, yük maşını enerji ilə təmin olunduqdan sonra 800 kilometr məsafəni qət etmək, həmçinin yüksüz halda saatda 100 kilometr sürəti cəmi 5 saniyəyə yığmaq imkanlarına sahibdir. Maşının seriyalı istehsalına 2019-cu ildə başlanılacaq.

Bundan əlavə, “Tesla”nın yeni nəsil idman maşını hesab olunan “Roadster” modeli təqdim olunub. Elon Mask bu maşının tarixin ən sürətli seriyalı avtomobili olacağını bildirib. “Roadster” saatda 100 kilometr sürəti cəmi 1.9 saniyəyə yığmaq gücünə malikdir. Avtomobilin seriyalı istehsalına 2020-ci ildə başlanılacaq. Axar.az

BIR CAVAB BURAXIN