Eldəniz Zeynalovun gəlini kömək istədi

0
588

Hazırda Məmmədin vəziyyəti çox ağırdır, reanimasiyadadır. Həkimlər onun sağalması üçün əllərindən gələni edirlər. Amma yenə də ümidimiz Allahadır. Məmməd böyrək təzyiqindən xəstə yatır, hipertoniyası var.

 

Bu sözləri xalq artisti Eldəniz Zeynalovun gəlini İradə ZeynalovaMilli.az-a müsahibəsində deyib. O, həyat yoldaşı Məmməd Zeynalovun müalicəsi üçün kömək istəyib:

 

“Ona kömək etməkdə acizik. Bəlkə də çoxları bilmir ki, Məmməd xəstədir, yoxsa ona kömək edərdilər. Müsahibəni verməkdə məqsədim budur ki, ona heç olmasa, müəyyən miqdarda kömək edilsin.

 

Yoldaşım maddi çətinlik ucbatından verilişə getmişdi. Oradan da kömək olmadı. Hazırkı sosial verilişlər sırf reytinq üzərində qurulub. Yoldaşım vasitəsi ilə reytinq qazandılar, amma zərrə qədər də olsun köməklik etmədilər. Yenə də sağ olsunlar, şikayət etmirəm. Allah hər bir bəndəsini gec-tez mükafatlandıracaq. Biz hazırda Eldəniz müəllimin vaxtilə yaşadığı evdə qalırıq. Bu ev də baxımsız, köhnə evdir. Yoldaşımın teatrdan aldığı cüzi maaşla dolanırıq.

 

Mən Məmmədlə 2010-cu ildə a6ilə qurmuşam. Biz evlənəndə Məmmədin nə anası, nə də atası vardı. Tanışlığımız da internetdə olub. Heç bilmirdim kimin oğludur. Amma həmişə arzu edirdim ki, bu cür həyat yoldaşım olsun. Tanınmış ailənin gəlini olmaq istəyirdim. İstəyirdim ki, yoldaşım incəsənət adamı olsun.

 

Onunla ailə qurduğum üçün heç vaxt peşman olmamışam. Allah gələcəyimizi bundan da gözəl edəcək. Mən hər şeyin yaxşı olmasına inanıram. Övladımız yoxdur, yəqin, Allah bu cür yazıb. Çox arzu edirəm ki, Allah Məmmədi sağaldıb, ailəsinə qaytarsın. İkinci arzum isə övladımın olmasıdır. Övladım olsa, ona Eldəniz adını qoyacağam. Çox istərdim ki, xoşbəxt ailələrdən biri olaq”.

Axar.az

BIR CAVAB BURAXIN