“Elə nazir var ki, axşam pul aparmasa, arvad evə buraxmır” -VİDEO

0
625
Bu gün İctimai Teleradioda prezidentliyə namizədlərin çıxışı başlayıb.
Yenicag.az xəbər verir ki, prezidentliyə namizəd, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bildirib ki, müxalifətin bu seçkilərdə iştirak etmədiyi fikrini formalaşdırmaq istəyirlər:
“Bu, çox yanlış, Azərbaycan dövlətçiliyinə ən böyük zərbələrdən biridir. Başa düşə bilmirəm, müxalifət “ştamp”ını kimin üzərinə kim vurub? Burada biz nəyik? Dövlətin heç bir qolunda, parlamentdə də iştirak etmirik”.
Hakimiyyətin daxilində öyrədilmiş insanların Avropaya gedərək onları təhqir etdiyini deyən Hafiz Hacıyev qeyd edib ki, hədəflərdən biri də onlardır:
“Nəyinizi yemişəm? Sizin malınızı yeyənlər qalıb kənarda, məni niyə təhqir edirsiniz? Azərbaycan hökümətinin daxilində olan mənəvi cəhətdən satqın insanlardır. Avropada bizim şəkilimizi divara vurunları Azərbaycan hakimiyyətində oturanların balaları maliyyələşdirir. O yapışdırılan şəkillərin “kley”ini hakimiyyətin daxilindəki qüvvələrin balaları alıb verir”.
Qeyd edək ki, prezidentliyə namizədlər İTV-də ödənişsiz efir vaxtından xalqa səsləniblər.

BIR CAVAB BURAXIN