Eks prezident Koçaryan həbs ediləcək

0
492

Ermənistanın eks prezidenti Robert Koçaryan həbs ediləcək.

Arazinfo-nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qərar Appelyasiya Məhkəməsi tərəfindən qəbul edilib. Robert Koçaryan konkret olaraq 2008-ci il mart ayının 1-də baş verən hadisələr zamanı ölkədəki rejimi devirmək cəhdində ittiham edilir.

Xatıraldaq ki, Koçaryan əvvəlcə  həbs edilsə də, sonra eks prezident kimi toxunulmazlıq hüququna malik olması iddiası irəli sürülmüş və o, azadlığa buraxılmışdı.