Ebrunun boşanacağı xəbəri yalan çıxdı

0
521

Müğənni Ebru Gündeşin ABŞ-da həbsdə olan cənubi azərbaycanlı əri, iş adamı Rza Zərrabdan boşanacağı xəbərlərinə sənətçinin yaxın rəfiqəi Yeşim Salkım açıqlama verib.

Arazinfo.com-un Axşam.az-a istinadən məlumatına görə,müğənni Ebru ilə bağlı deyilənlərin doğru olmadığını bildirib:
“Ebru Gündeş mənim bacım kimidir. Şənbə günü onunla birlikdə idim. Qadınlar hər zaman fərqli üzüklər taxır. Onun konsertində Rzanın aldığı 150 min dollarlıq nişan üzüyünü taxmaması yalandır. Özü də, Ebru ərinin aldığı malikanədən də köçməyib. Bir müddət fərqli yerə köçüb, qayıdacaq. Ebru belə bir dönəmdə uşağının atasını yarı yolda qoyacaq qadın deyil”.

BIR CAVAB BURAXIN