Dünyanın məşhur qadın casusları: Qabriela Qast

0
727

 

Onun adı dünya kəşfiyyatı tarixində soyuq müharibə dövrünün ən məşhur qadın casuslarından biri kimi çəkilir. Bu da təsadüfi deyil. 1943-cü il mart ayının 2-də Remşayd adlanan yerdə (Almaniya) anadan olan Qabriela Qast 1968-ci ildən Berlin divarı yıxılana kimi Almaniya Demokratik Respublikasına işləmiş və Qərbi Almaniyanın ən gizli sirlərini qarşı tərəfə ötürə bilmişdi. O özünəməxsus casusluq intiuasiyasına malik idi və ən gizli sirləri belə asanlıqla əldə edirdi. Qadın kimi olduqca məlahətli olması, gözəlliyi və buna paralel olaraq qarşısındakının irəyini ovsunlyan şirin danışığı ona obrazlı şəkildə desək 40 qapı arxasındakı sirləri belə əldə etməyə imkan verirdi.

“Romeo” Qabrielanı tora salır

II Dünya müharibəsində Almaniyanın 16 milyondan artıq adam itirməsi ölkədə kişi qıtlığı əmələ gətirmişdi. Nəticədə ötən əsrin 50-60-cı illərində Almaniyadakı qadınların 60-70 faizi özlərinə ər tapa bilmirdilər. Belə bir vəziyyət SSRİ DTK-sının Almaniya Demokratik Respublikasındakı yerli kəşfiyyat filialı hesab edilən “Ştazi”nin ( Ministerium für Staatssicherheit) xüsusi diqqət mərkəzində idi. Bu da əsassız deyildi. Həmin dövrdə Almaniya Federativ Respublikasının nazirliklərində işləyən katibə qadınların böyük əksəriyyəti ərsiz idi və onları asanlılqa tora slamq heç də çətin bir iş hesab edilmirdi. Almaniya Demokratik Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsi ( “Ştazi”) dərhal bu amildən istifadə etmək qərarına gəldi. Həmin dövrdəki nazirlikləirn birində katibə işləyən Qabriela “Ştazi”nin diqqətini özünə cəlb etdi. Dərhal da bu gözəl, yaraşıqlı, eyni zamanda olduqca məlahətli və şirin səsə malik olan Qabrielanın ələ alınması və ondan QDR-in xeyrinə casus kimi istifadə edilməsi barədə “Ştazi” rəhbərliyi tərəfindən plan hazırlandı. “Ştazi” Qabrielanı ələ almağı özünün yaraşıqlı qadınları ələ almaq qabiliyyətinə malik casusu Karlişekə tapşırdı. Onun Qabriela ilə “təsadüfi” tanışlığı təşkil edildi. Həyatıboyu özünə layiqli həyat yoldaşı axtaran Qabriela dərhal “Romeo”ya vuruldu. Bununla da Karlişek arasında “Romeo-Cülyetta” sayağı məhəbbət başladı. Karlişek Qabrielanı “Ştazi”nin xeyrinə casusluğa cəlb etmək üçün onunla səbrlə işləməyə başladı. Günlərin birində Karllişek Qabrielanı ana vətəndən (Almaniya Federativ Respublikasından) ayrı düşən QDR-ə gəzintiyə dəvət etdi. Qabriela bu səfərdən olduqca məmnun qaldı. Qabrielanın ” Romeo” ilə birlikdə QDR-ə 2-ci səfəri də olduqca yüksək səviyyədə keçdi. Artıq QDR barədə Qabrielada səmimi münasibət formalaşdıran Karlişek onun 3-cü səfərində “Ştazi”yə işlədiyini Qabrielaya deyərək onu bu işə cəlb etmək istəidiyini bildirdi. Karlişek Qabrielananı”Ştazi”nin Hemnitsa əyalətinin xarici kəşfiyyat idarəsinin rəhbəri, Qottard Şifer adı altında çalışan Eqon Lorentslə görüşdürüdü. Karlişeki sevən və ondan ayrı yaşamağı ağlına belə gətirmək istəməyən Qabriela Qast həyat yoldaşı ilə birlikdə olmaq naminə Lorentsin təklfini qəbul edərəl “Ştazi”yə işləməyə razılıq verdi . Beləliklə Qabriela “Romeo”nun təsiri altında ən çətin tapşırırqları yerinə yetirməyə başladı. 1970-ciildə Qabriela Hemnitsaya səfər edərək burada Karlişekle rəsmi şəkildə nikaha girid. Hemnitsada Qabrielayaya qısa casusluq kursu keçdilər. Ona gizli rabitə yaratmağı, gizli şəkil çəkməyi, cib kitabları şəklində xüsusi kitabçalardan , həmçinin kosmetik vasitələrdən casus məlumatlarınn ötürülməsi üçün istifadə etməyi öyrətdilər.

Almaniya Təhlükəsizlik Xidmətində işə düzəlir

1972-ci ildə Qabriela xüsusi tapşırığa əsasən Beynəlxalq məsələlər və Təhlükəsizlik İnstitunda işə düzəldi. Bir il burada işləyəndən sonra Qabrela Qast Almaniya Təhlükəsizlik Xidmətində işə qəbul olundu. O, bu barədə dərhal “Ştazi”yə və Karlişekə məlumat verdi. Yeni iş yerində təhlükəsizlik məqsədi ilə Qabrielanın soyadını dəyişdirərək Leynfelder etdilər. O, Almaniya Təhlükəsizlik Xidmətinin SSRİ ilə iş şöbəsində işləməyə başladı. Bununla da Qabrielanın əli ən gizli sirləri əldə etməyə çatdı. Qastın “Ştazi”yə ötürdüyü gizli sirlərin sayı o qədər çox idi ki, onun üçün xüsusi kuryerlər təyin etməyə məcbur olmuşdular. Casus məlumatları iki cibi olan dezodrantın dibində gizlədirdi. Əgər kimsə bundan şübhələnsəydi, onda sirri əldə edə bilməyəcəkdi. Çünki dezodrantın qapağını səhv açma nəticəsində gizli cibdəki məlumat dərhal sıradan çıxır və məhv olurdu. Qast həmin dövrdə mütəmadi olaraq Kordula Nauman adlı “Ştazi”nin qadın əməkdaşı ilə görüşür və ondan yeni tapşırıqlar alırdı. Ötən əsrin 70-ci illərində Almaniyat Federativ Respublikası Dövlət Təhlükəsizliyi Xidməti ən gizli sirrinin belə ələ keçirilməsindən narahat olaraq casus axtarışına başlamışdı. Nəticədə 1976-cı ildə 30-dan artıq “Ştazi” agenti həbs edildi. Onların çoxu qaçqın kimi saxta adlar altında Qərbi Almaniyaya gəlmişdilər. Ona görə də “Ştazi” bir müddət Qabriela ilə əlaqələri kəsdi və öz kuryerlərini geri çağırdı. Amma bir neçə aydan sonra Qast yenidən gizli sirləri “Ştazi”yə ötürməyə başladı. Həmin dövrdə Qast vəzifə kürsüsündə irəliləməkdə davam edirdi. Ona görə də QDR kəşfiyyatının rəhbəri Markus Volf 1975-ci ildə şəxsən Yuqoslaviyada Qastla görüşdü. Qast Volfda böyük rəğbət oyatmışdı. Volf bundan sonra Qasta tez-tez rəsmi nikahda olduğu Karlişeklə görüşməyə şərait yaratmışdı. Ona “Ştazi”nin mayoru rütbəsi verilmişdi. Almaniya Təhlükəsizlik Xidmətində isə Qabriela polkovnik rütbəsinə layiq görüşmüşdü. O həmin dövrdə ayda o dövr üçün böyük məbləğ hesab edilən 7000 marka alırdı. Qərbi Almaniya Təhlükəsizlik xidməti perspektivli kadr kimi Qabrielanı tez-tez xarici ölkələrə ezamiyyətə göndərirdi. O Böyük Britanıyanın “Sikret İntelligens Servis” (SIS), həmçinin Yaxın Şərq ölkələri kəşfiyyat xidmətləri ilə sıx əlaqələr qurmuşdu.

Helmut Kol üçün kəşfiyyat xülasəsi hazırlayırdı

Qastın təcrübəsini nəzərə alaraq ona hər gün Almaniya kansleri Helmut Kol üçün kəşfiyyat məlumatının xülasəsini hazırlayaraq çatdırmaq tapşırılmışdı. O Kol üçün hazırladığı kəşfiyyat məlumatları xülasəsini eyni zamanda dərhal “Ştazi”yə göndərirdi. Bir sözlə 1968-ci ildən 1990-cı ilə kimi Qabriela Qast Almaniyanın ən gizli sirlərini “Ştazi”yə ötürdü və bununla da adını dünyanın qadın kəşfiyyatçıları sırasına qırımızı hərflərlə yazdırdı. Lakin ötən əsrin 80-ci illərinin sonlarında QDR-in dağılması və iki Almaniyanın birləşməsi bir çox sirlərin üzə çıxmasına və nəticədə bu amil Qabrielanın həbsinə səbəb oldu

Qastın casus kimi ifşa edilməsində “Ştazi”nin kuryerləri olan Alfred Şpuler qardaşlarının rolu oldu. Şpuler qardaşları 1972-ci ildən “Ştazi”yə işləyiridlər. Alfred Münhendəki Maks Plank adına elmi tədqiqat mərkəzində texnik işləyirdi. Alfred mərkəzdə sirləri əldə edir, qardaşı Lüdviq isə kuryer kimi onu “Ştazi”yə ötürürdü. Lüdviq bu məlumatları Avstriya və Cənubi Almaniyadakı xüsusi gizli saxlanc yerlərinə qoyurdu. Eyni zamanda Lüdviq mütəmadi olaraq Yunanıstanda, Yuqoslaviyada və Avstriyada kuratoru podpolkovnik Günter Betçerlə görüşürdü. 1989-cu ildə Almaniya xüsusi xidmət orqanları qardaşların fəaliyyətindən xəbər tutdular. Nəticədə Lüdviq nəzarət altına alındı və o Yunanıstanda kuratoru ilə görüşdən sonra həbs edildi. Lakin Şpuler qardaşlarının günahını sübut etmək üçün əldə ciddi dəlillər yox idi. Amma 1989-cu ildə QDR-dən qaçan “Ştazi” əməkdaşı Şpuler qardaşları və Qabrielanın casusluq fəaliyyətləri barədə Almaniya xüsusi xidmət orqanlarına məlumat verdi. Bundan sonra Şpuler qardaşlarının casusluqla məşğul olmaları sübut edildi. Məlum oldu ki, qardaşlar casus məlumatları qarşı tərəfə ötürməklə “Ştazi”dən 280 min marka alıblar. Onları vətən qarşısında xidmətə görə qızıl və gümüş medallarla təltif ediliblər. Məhkəmə Alfred Şuperə 10, Lüdviqə isə 5 il həbs cəzası verdi.

1990-cı ildə həbs edilən Qabriela Qast da faktlar qarşısında tab gətirə bilmədi və günahını boynuna aldı. Amma məhkəmə zamanı Qabriela casusluğu pula görə etmədiyini, sadəcə olaraq sosializmə rəğbət bəslədiyi üçün bu işə baş qoşduğunu söylədi. Məhkəmə Qastı 6 il 9 ay müddətinə azadlıqdan və vətəndaşlıq hüquqlarından məhrum etdi. Qast həbs müddətinin 15 ayını təkadamlıq kamerada keçirdi. Həbsdən azad edildikdən sonrao müxtəlif müəssisələrdə işlədi. Hazırda 75 yaşlı Qabriela Qast Almaniyada təqaüdçü həyatı yaşayır. Amma onun adı ən məşhur qadın kəşfiyyatçısı kimi dünyanın kəşfiyyat tarixinə düşüb.

Əziz Mustafa

BIR CAVAB BURAXIN