Dünyanın ali təhsil almayan, orta məktəbdən qovulan ən zəngin adamları

0
600
Bu gün dünyada milyardçılar, ən zəngin şəxslər arasında elələri var ki, onlar ali təhsil almayıblar. Bəziləri, oxuduğu universiteti yarımçıq tərk edib, bəziləri isə buna ümumiyyətlə, ehtiyac görməyib.
Arazinfo.com  Moderator.az-a istinadən diplomsuz milyarderlərdən bir neçəsini təqdim edir:
Bill Qeyts-dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı, Microsoft korporasiyasının banisi və sahibidir.
1973-cü ildə ailə ənənəsinə sadiq qalaraq Bill Qeyts atası kimi vəkil olmağa hazırlaşaraq Harvard Universitetinin birinci kursuna daxil olur. Lakin o, qapalı və ünsiyyətsiz olduğundan vəkillik üçün qətiyyən yaramadığını anlayır. İkinci kursdan universitet tərk edir. 397 dollara aldığı kompüter sonradan bütün həyatını dəyişir.Hazırki varidatı 87 milyard dollardı;
Mark Zükerberq- Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan Mark Zükerberq, ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinə daxil oldu. Universitetin ilk illərində ən yaraşıqlı və ən gözəl tələbələrinin seçildiyi  sayt hazırlayır. Saytda Harvard Universitetinin bütün tələbələrinin şəkilləri vardı. Ancaq fotoşəkilləri tapmaq üçün universitetin məlumat bölməsinə girmək lazım idi. Məlumat bölməsinə icazəsiz daxil olduğu bilinən Mark, cəza verildiyi üçün təhsilini yarımçıq qoyaraq Harvard Universitetini tərk edir. Amma bu, sonradan bütün dünyanı ələ keçicərək bir kəşfin yaranmasına səbəb olur. O, Harvard Universitetinin tələbələrinin internet üzərində görüşdürmək üçün ikinci saytı olan Facebooku saytını yaratdı. Hazırkı varidatı 61,7 milyard dollardı;
Riçard Brenson-yuxarıdakı iki zəngindən fərqli olaraq, Riçard heç orta məktəbi də axıra qədər oxuya bilmir. 16 yaşı olarkən, davamiyyəti həddindən artıq pis olur, dərslərə gəlmir. Bu səbəbdən, direktor onu məktəbdən xaric edir. Bu zaman ona deyir ki, “əlvida Riçard, sən ya həbsə düşəcəksən, ya da çox zəngin olacaqsan”. Hazırda, Riçardın 5,1 milyard dollar sərvəti var. “Virgin”Şirkətlər Qrupunun sahibi və idarəçisidir;
Con Rokfeller– Bütün dünyanın “Cənab Milyard” kimi tanıdığı bəşəriyyət tarixinin ən zəngin insanlarından biri. O, ölərkən varidatı 392 milyard dollar məbləğində dəyərləndirilib. Özü isə vur-tut 3 ay mühasibatlıq kursu oxuyub;
Anri Ford-Bəlkə də çoxları bilmir ki, məşhur mara olan “Ford”un yaradıcısı Anri Ford yalnız orta təhsil alıb. Amma biznesdə heyrətamiz şəkildə irəliləyib. Fordun marketinq zəkası, biznes idarəçiliyi barəsində bu gün də əfsanələr dolaşmaqdadır. O, vəfat edərkən 188 milyard məbləğə sahib olub;
Amansio Orteqa- 13 yaşı olarkən, oxuduğu orta məktəbi buraxmalı olub. Dolanışıq üçün paltar dükanında satıcı olub. Fantastik biznes idarəiliyinə, satış məharətinə sahib olan Orteqa məşhur Zara brendinin sahibidir. Varidatı 83,4 milyard dollardı;
Li Kaşin-“Forbes” səhifələrindən düşməyən Li Kaşin də orta məktəbi yarımçıq qoyub. Cəmi 12 yaşında məktəbi buraxaraq, işləməyə başlayıb. Hazırda Honk-Konqda bir neçə böyük korporasiyaların, İT şirkətlərinin sahibidir. Varidatı 29,6 milyarddır.
Elmin Nuri

BIR CAVAB BURAXIN