Dünyanın ən məşhur fırıldaqçıları – 65 milyard dollarlıq dələduzluq…

0
663

Hekayələri “Hollywood” filmlərinə mövzu olmuş xeyli sayda dələduzluq faktları mövcuddur. Bəzən dələduzluqdan danışarkən, elə də yüksək məbləğlər nəzərdə tutmasaq da, dünyada milyonluq, hətta 50-60 milyard dollarlıq dələduzluq faktlarının olduğunu bilmək lazımdır.

Bəs, milyon, milyard dollarlıq dələduzluq hadisələrini kimlər və hansı şəraitdə törədiblər?

Arazinfo Femida.az-a istinadən  dünyanın ən məşhur dələduzlarını oxucularına təqdim edir.

Maria Qabriela Haşemipur – 1 milyon dollar

Əgər asan yolla milyonçu olmaq istəyirsinizsə, Los Angelesdə Baverli Hills adlanan ərazidə gözəllik salonu aça bilərsiniz. Bununla da “Hollywood” filmlərinin məşhurlarının saçlarını düzəldə və külli miqdarda pullar əldə edə bilərsiniz. Maria Qabriela Haşemipur da bu yola əl atdı və gözəllik salonu işlətməklə qısa bir zamanda milyonçu oldu.

Sonradan məşhur aktrisa Liv Taylerin bir saç kəsimi üçün ona 240 min dollar pul ödədiyi məlum olub. Ümumilikdə bir milyon dollarlıq dələduzluq etmiş Maria cinayətin üstü açıldıqdan sonra cəzalandırılmışdır. O, əldə etdiyi bir milyon dolların müqabilində ictimai işlər görməyə məhkum edilmişdir.

Frank Abaqnale – 2.5 milyon dollar

Hələ uşaq yaşlarından dələduzluq etməyə başlayan F.Abaqnale bu yolla nə az, nə çox düz 2.5 milyon dollar pul qazanıb. O, özünü vəkil, professor, doktor, pilot kimi təqdim edərək pul qazanarkən hələ 18 yaşı tamam olmamışdı. Avropadan ABŞ-a uçarkən təyyarədən tullanmağa çalışaraq polislərdən yaxa qurtarmağa çalışan Frank Abaqnale həbsxanadan özünü FBİ agenti kimi təqdim edərək qaçmağı bacarmışdı. Bəs, bu saxtakarın indi hansı işlə məşğul olduğunu bilirsinizmi? O, hazırda şirkətlərin birində dələduzluğ önlənməsi üzrə məsləhətçi kimi çalışır.

Baş rolları Tom Hanks və Leonardo De Kaprionun oynadığı “Bacarırsansa, məni tut” filmindəki dırıldaqçı məhz Frank Abaqnalenin prototipidir.

“Supervalu” dələduzlar dəstəsi – 10 milyon dollar

10 milyon dollarlıq dələduzluq edib həbsdən yaxa qurtaran çox az sayda insan var yəqin ki. “Supervalu” marketlər şəbəkəsinə fırıldaqlıq edənlər də elə bu kateqoriyaya daxil edilməlidir. Çünki bu adamlar çox bəsit bir texnika işlətməklə milyonlarla dolları öz hesablarına köçürmüşlər. Bəs, bu, necə mümkün olub?

Bu dələduzlar əvvəlcə “Supervalu” marketlər şəbəkəsinin mütəmadi olaraq əməkdaşlıq etdiyi 2 şirkətin adına saxta e-mail adresləri açmış. Daha sonra isə “Supervalu”ya elektron adreslərinin dəyişdiyini yazaraq ödəmələri yeni hesablara köçürülməsi xahiş edilmişdi. Bu fırıldağa aldanan şirkət rəsimləri hesabların birinə 6.5 milyon, digərinə isə 3.5 milyon yatırı. Maraqlıdır ki, FBI-ın fəaliyyəti nəticəsində pulların böyük bir qismi geri qaytarılsa da, indiyədək həmin dələduzları tapmaq mümkün olmayıb.

Benni Hinn – azı 46 milyon dollar

Benni Hinn adlı bir fırıldaqçı özünü insanlara tanrının elçisi kimi təqdim edir. O, bu barədə özünün sahibi olduğu TV kanalında geniş təbliğat işləri aparır. İnsanlar isə nə qədər qəribə səslənsə də onun bu yalanına kor-koranə inanırlar. Beləliklə, Benni Hinn insanlara ona pul göndərməsini və bu yolla onları varlı edəcəyini söyləyir. Benni Hinnin sahibi olduğu 36 milyon dollarlıq təyyarə vvə 10 milyon dollarlıq malikanə məhz bu saxta vədlər vasitəsilə alınıb.

Jordan Belford – 110 milyon dollar

Baş rolunu Leonardo De Kaprionun oynadığı “Pul ovçusu” filmində Jordan Belford adlı dələduzun həyatından bəhs olunur. Diş həkimi olmaq istəyən, sonradan isə bu sahədə pul olmadığı üçün fikrindən daşınan. J.Belford pul ovçusu olmaq qərarı verir.

“Wall Street” birjasında komissyonçu kimi işə başlayan Belfort qısa zamanda “Stratton Oakmont” adlı şirkətini qurur. Hər şey də elə bundan sonra baş verir. O, birja haqqında məlumatı olmayan investorlara ucuz sərmayələri baha imiş kimi göstərərək milyonluq satışlar edir. Belfortun birja dələduzluğundan əldə etdiyi gəlirin 110 milyon dollardan çox olduğu bildirilir.

Çarles Ponzi – 225 milyon dollar

Ponzi oyunu haqqında mütləq eşitmisiniz. Bax, bu dələduzluq sisteminin yaradıcısı Çarlez Ponzidir. Yaratdığı sistemdən 225 milyon dollar qazanan Ç.Ponzi əslində heç bir iş görməməkdədir. Onun gördüyü tək iş insanları inandırmaqdır. İtaliyadan beynəlxalq cavab kuponları alan və bunu ABŞ-da 400% gəlirlə satan Ponzinin sistemi sonda çökmüş və o, lüks həyatdan ayrılaraq həbsxanaya yollanmışdır. Onu da qeyd edək ki, Ç.Ponzi İtaliyada Mussolininin maliyyə məsələləri üzrə məsləhətçisi işləmişdir.

Albaniya hökuməti – 1.5 milyard dollar

1990-cı illərdə Albaniya hökuməti demokratik idarəçilik sisteminə keçdiyini bəyan edərək “Ponzi” oyununu vətəndaşlara təqdim etmək qərarını verir. Nəticədə real sektora heç bir sərmayə qoyulmadığı üçün sistem çökmüş və vətəndaş müharibəsi başlamışdır. 10 gün davam edən müharibənin nəticəsində isə 4 min insan həyatını itirir.

“Enron” – 40 milyard dollar

2001-ci ildə ABŞ-ın ən böyük şirkətlərindən olan “Enron”un çöküşü dünyada manşetlərə çıxmışdı.
Enron qalmaqalı bu şirkətin maliyyə hesabatlarının saxtalaşdırılması və bununla da investorları aldatmaq ilə əlaqədar idi. Nəticədə şirkətin bir sıra offşor zonada fəaliyyət göstərən bölmələri aşkar edildi. Maraqlısı odur ki, bütün offşor şirkətlər qanuni olaraq yaradılmışdı və onlar daimi olaraq, dövlətə müvafiq hesabatları təqdim edirdi.

Sxemlərin mürəkkəb olmasına baxmayaraq, fəaliyyət prosesi çox sadə idi: bir tərəfdən törəmə şirkətlər vasitəsilə müqavilələr bağlanılaraq şirkətin dəyəri artırılır, digər tərəfdən isə şirkətin elan etmək istəmədiyi borclar həmin offşor zonaların üzərinə yazılırdı. Nəticədə şirkətin göstəriciləri artırdı, o çoxmilyonluq mükafatlar qazanır, paket və səhmlərin dəyəri da yüksəlirdi. Şirkət səhmdarlardan fərqli olaraq, vergi orqanlarına öz xərclərini göstərməklə zərərlə işlədiyini iddia edərək 380 mln dollar vergi ödənişi əldə etmişdir. Enrona ən yaxşı hüquqşünas və mühasiblər işləyirdi, ona görə də şirkətin bütün əməliyyatları qanuni hesab ediləcəyi və ona məhkəmədə bəraət veriləcəyi ehtimalı həddindən artıq böyük idi.

Lakin borclar getdikcə artırdı. Oktyabrda artıq borcları gizlətmək mümkün olmadı və şirkət 640 milyonluq zərər və kapitalın 1,2 mlrd dollar azalması barədə məlumat yayımladı. Bunda baş mühasib təqsirləndirildi. Nəticədə, Enronun səhmləri kəskin şəkildə aşağı düşməyə başladı. 2001-ci ilin dekabrında isə Enron müflisləşdiyini bəyan etdi. Bütün bu yollarla “Enron” şirkətinin rəhbərliyi 40 milyard dollar gəlir əldə edib.

Bernard Madof – 65 milyard dollar

Dünyada ən böyük “Ponzi” oyununa imza atmış Bernard Madof qurduğu sistem vasitəsilə 10 il ərzində 65 milyard dollar qazanmış və 50 il ərzində lüks həyat sürmüşdür. Madofun uğurlu olmasını belə açıqlaya bilərik:
Fırıldaqçı öz qurbanlarını daha çox xeyiriyyə qurumlarından seçirmiş. Çünki bu qurumlarda dövlətin dərin nəzarət mexanizmi yox imiş. Bununla yanaşı sistemə qoşulanlara hər zaman məqbul cavab kuponları göndərirmiş. Lakin sonunda onun fırıldağının üstü açılır və 150 il həbs cəzasına məhkum olunur.

 

BIR CAVAB BURAXIN