Dünyanın ən dahi insanı – 3 yaşında universitet tələbəsi oldu

0
707

Dünyanın ən dahi insanı 1962-ci ildə Koreyada doğulmuş Kim Unq-Yonqdur. O, dünyanın ən dahi insanı olaraq Guinnes-in rekordlar kitabına adını yazdırmağı bacarıb. Belə ki, Kim Unq-Yonq üç yaşında universitetə qəbul olunub.

 

Lent.az mailce.com-a istinadən bildirir ki, koreyalı Yonq hələ beş yaşı tamam olmamış koreya, yapon, ingilis və alman dillərində sərbəst danışırmış. IQ-sü 210 olaraq qiymətləndirilən koreyalı beş yaşına çatanda inteqral və diferensial tənlikləri həll etməyi bacarıb.

 

Dörd yaşında Hyanyanq Universitetinə qəbul olan Kim Unq-Yonq altı yaşına qədər fizika üzrə qonaq tələbə kimi təhsil alıb.

 

O, yeddi yaşında NASA-nın işləmək üçün dəvət göndərdiyi ən gənc alimdir. Yonq 15 yaşında Kolorado Universitetində doktorluq dissertasiyasını müdafiə edib. Hələ on iki yaşında ikən NASA-da işləməyə başlayan koreyalı dahi, universitetin ikinci kursunda fakültəsini dəyişərək inşaat mühəndisliyini oxuyub.

BIR CAVAB BURAXIN