Dünyanı heyrətləndirən qadınlar: Həzrəti Məryəm (2)

0
230

lucky lemons slot machine Arazinfo.com saytı “Dünyanı heyrətləndirən qadınlar” adı altında həzrəti Məryəmə həsr olunan yazının 2-ci hissəsini oxucularına təqdim edir.

click here Beləliklə həzrəti Məryəm heç bir insan əli dəymədən həzrəti İsaya hamilə qaldı
Belə başa düşmək olar ki, həzrəti Məryəm həzrəti İsanı bir başa (uzun müddət hamilə olmadan) doğub. O möcüzəli şəkildə övlad dünyaya gətirməsindən sonra bir müddər təkbaşına yaşadı. Gözlərdən uzaq bir yerə çəkilməsi də bununla bağlı idi. Amma o baş verən hadisəni qövmünə necə izah edəcəyini heç cür bilmirdi. Ona görə də böyük sıxıntı içində idi. Lakin onun bilmədiyi çox şeylər vardı…
Qucağında həzrəti İsa ilə geriyə döndüyündə baş verənlərdən xəbərsiz qövmünün hücumlarına, təhqirlərinə və iftiralarına məruz qaldı. Onun bu vəziyyətini qövmünün anlaya biləcəyi və bunu həzm edəcəyi də əslində inandırıcı görünmürdü. Hələ anadan olmamış Allahın yolunda xidmət etmək vəzifəsi üzərinə qoyulan tərtəmiz, namuslu və əxlaqlı həzrəti Məryəm indi qucağında atası kim olduğu bilinməyən uşaqla qabaqlarında dayanmışdı. Ona görə dərhal həzrəti Məryəmin qövmündə dedi qodular və şayiələr baş alıb getməyə başladı. Bütün bunlardan üzülsə də həzrəti Məryəm bir vaxtlar Allahın ona dediyi ” ( Xurmadan və sudan) Ye, iç, ( belə bir uşaq doğduğuna görə) közü aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan olsa) bir adam görəcək olsan belə de:”Mən Rəhman üçün oruc(sükut orucu) tutmağı nəzir etmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam (həzrəti Məryəm surəsi 26). Ona görə də həzrtəti Məryəm susaraq bütün təhqir və iftiraları cavabsız buraxırdı. Amma Səhabəddin Abdullah ibn Zeydin nəql etdiyinə görə belə davranmağı ona Cəbrayıl deyil, hələ qundaqda ikən danışan həzrəti İsa da məsləhət görmüşdü. Bu arada isə həzrəti Məryəmə edilən təzyiqlər ged-gedə artaraq dözülməz hala gəlirdi.

enter

can i ordercialis from pueblo O isə özünə edilən təzyiq və təhqirlərə cavab verməyəcivini və susacağını vəd etmişdi. Həzrəti Məryəm onunla məsələ ilə bağlı danışmaq istəyənlərə əli ilə qundaqdakı körpəni göstərdi. (Məryəm :”Özü ilə danışın” deyə) ona (uşağa) işarət etdi. Onlar : “Beşikdə olan uşaqla necə danışaq?”-dedilər.(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, haralarda oluramsa olum, məni mübarək ( həmişə hamıya xeyir verən,dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (herç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi. Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim ( qiyamətdə qəbirdən diri olaraq qaldırılıcağım) gün də ( Allahdan) mənə salam olsun”. Bu ( yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında ( Allahın buyurduğu) haqq sözdür” Yaxud (yəhudilərin və xaçpərəstlərin) barəsində şəkk-şübhə etdikləri Məryəm oğlu İsa haqq söz olaraq budur(Məryəm surəsi 29-34)
Beləliklə Allah qövmünün həzrəti Məryəmdən gözlədiyi cavabı verməyi həzrəti İsaya tapşırdı və onların iftira və böhtanlarının əsas olmadığını bu yolla başa salmış oldu. Həm də bu möcüzə ilə Allah həzrəti İsanın İsrail oğullarına nəbi olaraq göndərildiyini anlatmış oldu. Lakin qövmü digər peyğəmbərlərin də möcüzələrinə inanmadıqları kimi həzrəti İsaya da inanmayacaq, qəflət və cahil olaraq qalacaqdılar. Əslində Qurani Kərimdə həzrəti Məryəm barədə bu qədər danışılması səbəbsiz də deyil. Belə ki, Qurani Kərimdə həzəti Məryəmin İsaya hamilə qalması və anadan olması ilə bağlı detalların olduqca dəqiq verilməsi xristiyanların və yəhudilərin sonralar bununla bağlı baş verənləri təhrif etmələri və ağlasığmaz rəvayətlər uydurması ilə bağlıdır.
Həzrəti Məryəm xristiyanların gözü ilə
“Madonna” (xanım əfəndi) olaraq tanınan və Galiliyə bağlı Nasra şəhərində yaşayan Məryəm, Yeni Ahitdə (İncilin ilk bölümünü özündə birləşdirən 39 kitaba Köhnə Ahit, onun ardından gələn və xristiyanlarda müqəddəs sayılan 27 kitaba isə Yeni Ahıt deyilir) Nasıralı İsanın anasi kimi təqdim edilir. Yeni Ahit həzrəti Məryəmi Davudun soyundan olan Yusifin nişanlısı ikən müqəddəs ruh vasitəsi ilə hamiləliyə qalan bakirə bir qız olduğunu nəql edir.
Xristiyanların böyük bir qismi həzrəti Məryəmin İsanı doğana kimi bakirə olduğuna inanır. Ayrıca roman-katolik kilsəsi, Yunan pravoslav kiləsəsi, Şərq pravoslav kilsəsi və bəzi protestlantlar Məryəmin sonrakı həyatını( İsanı doğduqdan sonra) da bakirə olaraq yaşadığına əmindirlər.
Yenə də Yeni Ahitdə həzrəti İsa ilə bağlı məsələlərdə həzrəti Məryəmdən bəhs edilir. Həzrəti İsanın göylərə yüksəlməsindən sonra edilən kütləvi ibadətlərdə də onun (həzrəti Məryəmin) iştirak etdiyi vurğulanır. Həzrəti Məryəmin həyatı ilə bağlı məlumatlarda isə ana və atasının adları xatırlanan mənbələrdə onların adları Anna və İoaxhim kimi qeyd edilir. Xristiyan kilsələri həzrəti Məryəm haqqında bir-birlərindən fərqli məlumatlar verirlər. Onları bu məsələdə birləşdirən yeganə amil həzrəti Məryəmə olan sevgiləridir.
Roma katoklik kilsəsi, Şərqi Katolik kilsəsi və Yunan provaslav kilsəsi onun (həz. Məryəmin) tanrının lütfinə layiq görülmüş (katoliklər həzrəti Məryəmin günahsız şəkildə hamilə qaldığına) və qiyamət baş verən günə kimi də həzrəti İsanın bakirə anası olaraq qalacağına inanırlar. Onlar belə hesab edirlər ki, həzrəti Məryəm bir saflıq və təmizlik, əxlaq nümunəsidir. Roma katolik kilsəsi bakirə həz. Məryəm ilə bağlı Marioloji elmi araşdırmalar mərkəzləri qurmuşdur və onun tədqiq etdiyi bu sahə kilsə məktəblərində dərs kimi tədris edilir. İstanbul patriki Nesterios tərəfindən 431-ci ildə Efesdə düzənlənən ücüncü Ümumdünya kilsə şurasında həzrəti Məryəmə “Theotokos” (Tanrını dünyaya gətirən) ünvanı verildi. Şərqi katolik kilsəsində isə o “Mater dei” (Tanrının anası) adlanır. Ümumiiyyətlə kilsə həzrəti İsanın tanrı olduğunu sübut etmək üçün həzrəti Məryəmi tanrının anası olaraq qəbul edirlər.
Həzrəti Məryəm Davud soyundan gəldiyi üçün Ana kraliçə olaraq tanıdılır. Bu inanc İncildəki 1Krallar 2:19-20 adlı qisimdə də qeyd edilib. Bu qismdə kral Süleymanın anası Batshebanın ana kraliçə elan edilməsi və ondan yardım diləyənlərin diləklərinə çatmasından bəhs edilir. Yəni həzrəti Məryəm harada isə adı çəkilən qadınla eyniləşdirilir.
Həzrəti Məryəmdən bəzi xristiyan mənbələri yeni Həvva kimi bəhs edirlər. Bu inanclara görə həzrəti Məryəm tanrının əmrlərinə itaət etdiyi (Həvvanın itaətsizliyindən fərqli olaraq) üçün insanlar həzrəti İsanın vasitəsi ilə xilas yolu əldə ediblər.

see url Yeni Ahitə görə həz. Məryəm

Yeni Ahitdə həzrət Məryəm haqqında yetərli qədər məlumat yoxdur. Orada nişanlı olan həzrəti Məryəmə Cəbrayıl vasitəsi ilə müqəddəs ruhdan Məsihə (xilaskara, həz. İsaya) hamilə qalacağı barədə xəbər verilir. Nişanlısı Yusif isə yuxusunda Məryəmi hamilə olaraq görür və və bundan çox sarsılır. Ancaq mələklər Yusifə bundan əndişələnməməsini və Məryəmlə evlənməsini tövsiyə edirlər. Yusif də bunu yerinə yetirir. Lakin Mark və Johnun yazdığı incillərdə və Müqəddəs Paulun məktublarında İsanın anadan olması ilə bağlı məsələlərə çox cüzi şəkildə toxunulub. Lukanın tərtib etdiyi İngildə Cəbrayıl bakirə Məryəmə hamilə olduğunu söyləyəndə, o Judahdaya- əri Zəkəriyyə ilə yaşayan Yelizavetanı görməyə gedər. Oraya getdiyində Yelizaveta Məryəmi Tanrının anası elan edər. Bunu görən Məryəm də bir şükr mahnısı oxuyar. Üç ay sonra Məryəm evinə qayıdar, daha sonra Yusif və Məryəm Betlehemə gedərlər. Həzrəti Məryəm orada həzrəti İsanı dünyaya gətirər. Səkkiz gündən sonra uşaq sünnət edilər və ona İsa adı verilər. Bütün bu hadisələr isə Cəbrayılın Məryəmə və Yusifə öncədən söylədikləri kimi baş verər. Bundan sonra İsanın yeni anadan olan uşaqlar üçün nəzərdə tutulan Qüdsdəki bir məbəddə Tanrının hüzuruna çıxarılmasından bəhs edilir. Sonra onlar (Hz. Məryəm və həvari) məcusiləri ziyarət edir və oradan da Misirə gedirlər. Kral Böyük Herodotun vəfatından sonra ( eramızdan əvvəl) Nasırda məskunlaşan həzrəti Məryəm harada isə təxminən 30 il orada yaşayar. Yeri gəlmişkən onu da xatırladaq ki, Yeni Ahitdə həzrəti İsanın gəncliyinə dair yeganə məlumat onun 12 yaşında ikən Qüdsdəki Pasxal bayramı ilə bağlı keçirilən mərasimdən dönərkən Məryəm və Yusifin yanından ayrılaraq məbədə getməsi və orada təlimçilərlə birgə olmasıdır. Bu hadisədən sonra həz. İsa peyğəmbər olana kimi həzrəti Məryəmin adı dul qadın kimi çəkilir və Yusifdən bir daha bəhs edilmir. Çöldə şeytanın səhv yola salmağa çalışmasından sonra həz. İsa Kanadakı bir toy məclisində sutu şəraba döndərərək özünün ilk möcüzəsini göstərir. Bu olaylar zamanı həz. Məryəmin də həz. İsa ilə birlikdə olduğu vurğulanır. Sonra həzrəti Məryəmin həzrəti İsanın qardaşları (James, Yusif, Simon,Judas) və adı çəkiləmyən bacıları ilə birlikdə olduğu bildirilir. Bunlar əslində həz. Məryəmin ölənə qədər bakirə olduğu barədə deyilənləri “təkzib” etmək üçün irəli sürülən iddialardır. Həzrəti Məryəmin həzrəti İsa çarmıxa çəkildiyi zaman İsanın aşiki olduğu həvarinin yanında bacısı ilə birlikdə olduğu göstərilir.

https://jogjaaero.org/poker-faces-book ƏZİZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × five =

free poker replay