Dünyanı heyrətlendirən qadınlar: Həzrəti Məryəm (1)

0
133


Arazinfo.com saytı “Dünyanı heyrətləndirən qadınlar” adı altında silsilə yazılara başlayır. İlk yazımız h
əzrəti Məryəm haqqındadır.

Həzrəti Məryəm: Saflıq və paklıq mücəssəməsi

Uzun illər idi ki, uşaqları olmurdu və onlar bütün ümidlərini Allaha bağlayaraq gecə-gündüz ondan övlad diləyirdilər. Duaları və yalvarışları qəbul edilərək uşaqları olacağı halda onu uca Allahın xidmətinə verəcəkləri barədə əhd etmişdiər. Nəhayət Allah onların səmimi dualarını qəbul etdi və qadın hamilə oldu. Onlar dünyaya gələcək körpənin oğlan uşağı olacağına böyük ümidlər bəsləyirdilər. Amma dünyaya ayüzlü bir qız uşağı gəldi və özü ilə bu ailəyə bir könül rahatlığı və xoşbəxtlik gətirdi. Ata və ana verdikləri vədə əməl edərək bu məsum qızı Allaha məhəbbət ruhunda böyütməyə başladılar. Bu qızçığaz qısa müddətdə hamının sevimlisinə çevrilmiş, ətrafındakı bütün insanlara ruhi rahatlıq bəxş etmşdi. Günlərin bir günündə bir mələyin ona müjdələdiyi bir xəbərlə həyatı, möcüzəli bir şəkildə dünyaya gətirdiyi uşağı iləsə bütün tarix yerindən oynayaraq dəyişdi. Allah tərəfindən sevilən,kainatın sonuncu peyğəmbəri Məhəmməd(Səv) tərəfindən cənnətlə müjdələnən və günümüzdə adı milyardlarla insanın dodaqlarında şirin həyat nəğməsi kimi səslənən bu müqəddəs qadın həzrəti Məryəm idi.
“Hansı ki mələklər: “Məryəm, şübhəsiz ki Allah səni seçdi, sən təmizlədi və aləmlərin qadınlarından üstün etdi”demişdi” (Əl-İmran surəsi, 42)
Yaşadığımız günlərdə adı ən çox çəkilən və dünyanın hər yerində sevilə-sevilə xatırlanan qadın odur. Hər gün milyonlarla müsəlman və xristiyanlar dua edərkən onun adını çəkərək ona olan sevgi və məhəbbətlərini bu yolla nümayiş etdirirlər. Dünyaya bir peyğəmbər gətirərək peyğəmbər anası kimi ilahi bir səadətə qovuşan bu müqəddəs qadın haqqında yenə də ən çox bilgiləri verən başda Qurani Kərim olmaqla dini kitablardır
Din tarixini təhqiq edən araşdırmaçı tarixçilərə görə Allah tərəfindən həzrəti İsanı dünyaya gətirmək kimi müqəddəs bir vəzifə bəxş edilən həzrəti Məryəm 2000 il bundan əvvəl Roma imperiyasının əsarəti altında olan Fələstində yəhudi bir ailədə anadan oldu. O dövrdə Fələstində bütpərəstlik hökm sürürdü və insanlar cansız bütlərə sitayiş edərək ondan dərdlərinə dərman istəyirdilər. O dövrdə səmavi kitab əhli hesab edilən yəhudilər də onlara göndərilən peyğəmbəri və göylərdən endirilən kitabı unudaraq haqq yolundan azmışdılar. Onlar da romalılar kimi bütlərə sitayiş edirdilər. Əhali xaos və küfr içində idi. Belə bir vəziyyət isə insanlara yeni bir yol göstərəcək, onların bütlərlə paslanmış qaranlıq qəlblərini Allah nuru ilə işıqlandıracaq bir peyğəmbərin dünyaya gəlməsini zərurətə çevirmişdi. Yeni bir peyğəmbəri dünyaya gətirmək səadəti isə həzrəti Məryəmə nəsib olacaqdı.

Nüfuzlu bir ailənin qızı kimi anadan oldu
Məryəmin mənsub olduğu İmran ailəsi haqqında müsəlmanların müqəddəs kitabı Qurani Kərimdə belə deyilir: “Gerçək budur ki, Allah Adəmi, Nuhu, İbrahim və İmran ailəsini aləmlərin ən şərəflisi seçdi”
12-13-cü əsrin məşhur fiqih, hədis və tarix alimi İbnül Esirin nəql etdiyinə görə, həzrəti Məryəmin atası İmranın və anası Hannanın uşaqları olmurdu. Günlərin birində Hanna (Hənnə) ağac kölcəsində oturaraq dincəlirdi. Birdən diqqətini balasını yemləyərək doyurmağa çalışan bir quş gördü. Həmin anda sinəsi analıq hissi ilə doldu və quş kimi bir analıq səadətinə qovuşması üçün bütün varlığı ilə Allaha dua etdi. Duası qəbul edilərsə dünyaya gətirəcək uşağınıAllaha xidmət etməsi üçün Beytül Müqəddəsə verəcəyini əhd etdi. Onun bu əhdi yenə də Qurani Kərimdə:”Bir zamanlar İmranın həyat yoldaşı belə demişdi. Ey uca Rəbbim.Qarnımda gəzdirdiyim körpəni sənə xidmət etmək üçünverəcəyimə əhd etdim.Bu körpəni məndnə qəbuyl et” (Əl İmran surəsi,35) Amma bu sözləri deyərkən Hanna (Hənnə) qarnındakı körpənin oğlan uşağı olduğunu düşünürdü. Amma Məryəmin anadan olmasını görmək atası İmrana nəsib olmadı və o dünyaya gələcək körpəsini görmədən haqq dünyasına köçdü. Hanna isə dinyaya gətirdiyi uşağının oğlan deyil, qız olduğunu görüncə yenə də allaha verdiyi vədini bir daha yerinə yetirəcəyini bildirdi. O qızının adını “Allaha ibadət edən kişi” mənasını verən Məryəm qoydu. Yenə də onun bu vəzyyəti ilə bağlı Qurani Kərimdə belə deyilir.” (Ya Rəsulum) İmranın zövcəs(Hənnənin)Ey Rəbbim bədənimdəkini sənə xidmətkar (qul): olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et, əlbəttə sən eşidənsən bilənsən”-dediyini xatırla. Onu (bədənindəkini) doğduğu zaman: Ey Rəbbim Mən qız doğdum”-söylədi. Halbuki allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə)mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi) Ali İmran surəsi(35-36)
Allah Məryəmin anasın Hənnənin duasını qəbul edəcək və “Belə olduqdaRəbbi (Məryəmi) yaxşı qəbul etdi onu gözəl bir fidan kimi böyütdü” (Ali İmran surəsi (37)ayətində deyildiyi kimi onun (Məryəmin) bir əxlaq nümunəsi kimi yetişməsinə yardım etdi.
Məryəm Zəkəriyyə peyğəmbərə əmanət edilir
Hənnə vəd etdiyi kimi körpə qızını qundaqlayaraq Beytül Müqəddəsə gətirdi. Bu uşağa himayə etməyi həzrəti Yəhyanın atası həzrəti Zəkəriyyə öz üzərinə götürdü. İbnül Esirin nəql etdiyinə görə Zəkəriyyənin zövcəsi həzrəti Məryəmin xalası (və ya bibisi) idi. Allahın sevimli qullarından olan həzrəti Zəkəriyyə həzrəti Məryəm ilə yaxından maraqlanacaq, onun qayğısına qalacaq və onun həyatında baş verəcək möcüzəli hadisələrin şahidi olacaqdı. Həzrəti Zəkəriyyə sevimli həzrəti Məryəm üçün məsciddə özəl bir mehrab qurmuşdu. Həzrəti Məryəm burada davamlı olaraq ibadətlə məşğul olur və Allaha dualar edirdi. Həzrəti Məryəmin yanına yalnız həzrəti Zəkəriyya girə bilirdi və o hər dəfə ona yemək aparanda qızın qarşısında o fəsildə olmayan meyvələr görürdü. Məryəmin seçilmiş bir qul olduğunu təsdiq edən bu möcüzə Qurani Kərimdə belə anladılır:” Belə olduqda Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba getdikdə onun yanında bir ruzi oluğunu görərdi. (Zəkəriyya): “Ya Məryəm, bunlar sənin üçün haradandır?” dedikdə o:”Allah tərəfindən”deyə cavab verərdi. Həqiqətən Allah istədiyi şəxsə hədsiz ruzi verər” Ali İmran surəsi/37
Beləliklə, həzrəti Məryəm belə bir şəraitdə saf əxlaq sahibi kimi böyümüşdü. Onu ziyarət edən mələklər müntəzəm olaraq onu Allah qatında yüksək məqam sahibi kimi bir peyğəmbər doğmaq üçün seçildiyini bildirirdilər. Həzrəti Məryəm də o böyük günü gözləyirdi.
Cəbrayıl həzrəti Məryəmə görünür
Həzrəti Məryəmin həyatındakı möcüzələrdən biri də Cəbrayıl ilə görüşməsi idi.Qurani Kərimə görə Cəbrayıl qorxmaması üçü həzrəti Məryəmin gözünə insan şəklində görünmüşdü.
“( Ya Rəsulum) Kitabda (Qurani Kərimdə) Məryəmi də yad et. O zaman ailəsindən ayrılıb(evinin,yaxud Beytül müqəddəsin)şərq tərəfində(badət məqsədi ilə xəlvət) bir yerə çəkilmişdi Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu Biz Öz ruhumuzu (Cəbrayılı Məryəmin)yanına göndərdik. Ona (Məryəmə)tam bir insan surətində göründü. (Məryəm surəsi16-17) Həzrəti Məryəm qarşısındakı insanın Cəbrayıl olduğunu bilmədiyi üçün bu naməlum adamdan qorxmuş və Allaha sığınmışdı. ” (Məryəm) dedi:”Mən səndən Rəhmana (Allaha) pənah aparıram
Əgər müttəqisənsə (mənə toxunma) Məryəm surəsi/18
Bunu eşidən Cəbrayıl dərhal ona müjdə verdi: “(Cəbrayıl) Mən sənə ancaq tər-təmiz (məsum) bir oğlan uşağı bağışlamaq üçün Rəbbinin(lütf edib göndərdiyi) elçiyəm”-dedi. Məryəm surəsi/19
Həzrəti Məryəm daha əvvəllər mələklərin ona verdiyi müjdəni xatırlasa da çaş-baş olaraq qalmışdı. Zira ailə həyatı qurmamışdı, ərə getməmişdi, əli kişi əlinə dəymməişdi O günə kimi təkcə ibadətdən başqa bir şey ağlına gəlməmişdi Ona görədə həzrəti Məryəm Cəbrayıldan soruşdu:” (Məryəm) dedi “Mənim necə oğlum ola bilər ki, bu günə kimi bir insan əli mənə toxunmamışdır. Mən zinakar deyiləm”Məryəm surəsi/20
Cəbrayıl onun sualına belə cavab verdi:”(Cəbrayıl) dedi ” Elədir, lakin Rəbbim buyurdu ki, bu Mənim üçün asandır Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə( sənə və möninlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik Bu, əzəldən təqdir olunmuş bi hökmdür”Məryəm surəsi/21 Beləliklə həzrəti Məryəmə heç bir əl dəymədən Həzrəti İsaya hamilə qalmışdı. Bununla bağlı Qurani Kərimdə yazılanları izlədikdə uşağın birbaşa anadan olduğuna və doğuş vaxtı da çəkdiyi sancılara dözmək üçün xurma ağacı budaqlarından güc aldığına əmin oluruq.

Əziz Mustafa/ARAZINFO.COM

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here