Dünyada şəkər qıtlığı başlayıb

0
585

Braziliyadakı quraqlıq dünya birjalarında şəkərin qiymətininyüksəlməsinə səbəb olub.

 

Dünya bazarında şəkər qıtlığı ilə bağlı ilk proqnoz Hollandiyanın “Rabobank” tərəfindən verilib. O zaman bank 5,5 milyon ton həcmində kəsirin gözləndiyini bildirmişdi. Hazırda isə 7,9 milyon ton həcmində kəsir gözlənilir.

 

Qeyd edək ki, bir neçə ay əvvəl Venesuelada şəkər qıtlığı səbəbindən Coca-Cola istehsalına ara vermişdi. Şəkər qıtlığına səbəb istehsal xərclərinin artması və gübrə qıtlığı idi. Venesuelada 2016-2017-ci illər üzrə şəkər qamışı istehsalı 20 min ton azalaraq 430 min tona düşüb.

 

Hindistanda da şəkər istehsalı azalıb. 2016-2017-ci illər üzrə ölkədə şəkər istehsalı 22,5-23 milyon ton təşkil edib. Halbuki bu rəqəm 2015-ci ildə 25 milyon ton idi.

 

Onu da bildirək ki, qıtlıq dünyada şəkərin qiymətinin 3,8 faiz qalxmasına səbəb olub. Son bir ildə Qazaxıstanda şəkər 45 faiz bahalaşıb. Ölkəmizdə isə şəkərin qiymətində 40 faizə qədər bahalaşma baş verib.

 

İqtisadiyyat şöbəsi

Publika.az

BIR CAVAB BURAXIN