Dövlət Duması Ermənistani faşizmə dəstəkdə günahlandırıb

0
536

 

Rusiya Dövlət Duması deputatları rəsmi şəkildə Ermənistanı faşist Njdenin abidəsini sökməyə çağırıblar. Arazinfo.com-un Vestikavkaza.ru-ya istinadən verdiyi xəbərə görə, bu məsələ Dövlət Dumasında keçirilən “Faşizmin qəhrəmanlaşdırılması və neonasismin dirçəldilməsi ilə mübarizə: Qanunvericilik aspektləri”adlı dəyirmi masada müzakirə edilib.

Tədbirdə İctimai palatanın üzvləri, Dövlət Dumasının deputatları, senatorlar, prezidentliyə namizədlər , politoloqlar, ekspertlər və jurnalistlər iştirak edib.

“Dəyirmi masada” çıxış edən politoloqlar Sergey Markov, Дионис Каптарь və digərləri deyiblər ki, Ermənistan Rusiyanın müttəfiqi olmasına baxmayaraq özünü faşizmin havadarı kimi aparmaqda davam edir. Qeyd edilib ki, Yerevanda faşist Njdeyə abidə qoyulması II Dünya müharibəsində həlak olanların xatirəsini təhqir etmək deməkdir. Dəyirmi masa iştirakçıları xatırladıblar ki, Njdenin abidəsinin sökülməsi ilə bağlı 200 min imza yığılıb. Tədbir iştirakçıları Ermənistanın hökumət dairələrini faşist Njdenin abidəsini sökməyə çağırıblar.

BIR CAVAB BURAXIN