Dövlət Departamenti İstanbuldakı diplomatların ailələrinə ABŞ-a dönməyi tövsiyə edib

0
521

11

ABŞ Dövlət Departamenti Türkiyəyə səfər etməyi planlaşdıran və orada işgüzar səfərdə olan vətəndaşlarına xəbərdarlığın müddətini uzadıb.

 

Xəbərdarlığa əsasən, İstanbuldakı diplomatların ailələrinə yenidən ABŞ-a qayıtmaq tövsiyə edilib.

 

Xatırladaq ki, sentyabrın 24-də Dövlət Departamenti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ölkəni tərk etmiş amerikalı diplomatların ailələrinə Türkiyəyə dönməyə icazə verib. Lakin,  Dövlət Departamenti bundan əvvəl, avqustun 29-da Türkiyədən getməsi tövsiyə olunan diplomatların siyahısını genişləndirib.

 

Bu dəfə isə tövsiyə yalnız İstanbuldakı baş konsulluğa aid edilib. ABŞ-ın Türkiyədəki digər diplomatik missiyalarına bu tövsiyə şamil edilməyib.

 

Bununla belə, Dövlət Departamenti Türkiyəyə səfər etməyin təhlükəli olduğunu qeyd edib.

 

“Terrorçu qruplaşmalardan gələn təhlükə bütün ölkədə artmaqdadır. Xüsusən də ölkənin cənub-şərq rayonlarına səfərlərdən yayınmaq lazımdır”, – deyə məlumatda bildirib.

BIR CAVAB BURAXIN