“DİŞİ CANAVAR” ƏRDOĞANIN ÖHDƏSİNDƏN GƏLƏ BİLƏCƏKMİ? – “Onu həbsə atdıra bilərdi…”

0
639

2165

«Foreign Policy» dərgisində Leela Jacinto Türkiyədə tanınmış bir qadın siyasətçidən yazır. 60 yaşlı Meral Akşener keçmiş daxili işlər naziridir. O, 16 aprel konstitusiya referendumu ərəfəsində Ana Yasaya təklif olunan dəyişikliklərin əleyhinə kampaniya aparıb. Qeyd edək ki, həmin referendumd Türkiyənin prezident idarəçiliyinə keçməsini təmin edən dəyişikliklərin tərəfdarları 52 faiz səs çoxluğuyla qalib gəlib.

ASENA

M.Akşener türkləri dəyişikliklərə «yox» deməyə çağırırdı. Təşkil etdiyi yürüşlərə minlərlə insan qatılırdı.  Bəzən bu yürüşlərə icazə verilmirdi, amma yenə də etirazçılar bir araya gələ bilirdilər.

Ona «Asena» ləqəbini veriblər. Asena türk mifologiyasında 10 yarı-insan, yarı-canavar erkək dünyaya gətirmiş dişi canavardır. «Foreign Policy» bu qadının xeyli mürəkkəb xarakter olduğunu yazır.

«O, nənədir, millətçidir – bəzilərinin fikrincə, ultramillətçidir və siyasi döyüşçüdür. Amma gülənçi deyil… Kürdpərəst də deyil. Bir millətçi kimi, kürdləri sevmir. İslamçı da deyil. Amma dindar olduğunu deyir… 1990-cı illərdə siyasətə hərbçilərin müdaxiləsinə qarşı çıxması islamçılar arasında nüfuzunu artırıb», – məqalədə deyilir.

MERAL AKŞENER KONYA’DA MHP ESKİ MİLLETVEKİLİ MERAL AKŞENER: "KORKUNUN ECELE FAYDASI YOKTUR, BU KONGRE  OLACAK"

ƏVƏZİNİ QAYTARMAQ

M.Akşener Millətçi Hərəkat Partiyasından (MHP) ayrılmış fraksiyaya rəhbərlik edir. Müəllif yazır ki, prezident Ərdoğan MHP lideri Devlet Bahçelini Akşenerin partiyaya rəhbərlik iddiasına qarşı dəstəkləyib. Belə ki, məhkəmələr Akşenerin əleyhinə qərar çıxarıb. Akşener «The Economist» dərgisinə deyirdi ki, keçmiş bosuna, ola bilsin, 2019-cu il seçkisində vəzifə təklif olunub. «Sövdələşmələr əldə edilib, indi əvəzini qaytarmaq zamanıdır», – müəllif yazır.

Qeyd edək ki, 16 aprel referendumunda D.Bahçeli «hə» düşərgəsini dəstəkləyib.

M.Akşener isə savaşı davam etdirir. Məqalədə qeyd olunur ki, gender məsələsi onun ən böyük üstünlüyü sayıla bilər. Türkiyənin mühafizəkar siyasətində yüksələ bilməsi ona sevgi və sayqı qazandırıb. Dəbli saç kəsimli bu yaraşıqlı qadın ABŞ-da ötənilki seçkidə demokratların namizədi olmuş Hillary Clinton sayağı şalvarlı kostyumlar geyinir.

mmm

MİLLƏTÇİLƏRİN PARÇALANMASI

Keçmiş bosu D.Bahçelidən partiyası daxilində narazı olanlar, onun Ərdoğanla razılaşmasına qarşı çıxanlar var. Bahçeli Akşenerin referendum öncəsi xına simvolundan istifadəsini pisləyib və bununla da səhvə yol verib. Twitter və Instagram kimi sosial şəbəkələrdə hicablı qadınlar, gənc əsgərlər, babalar xınalı bayraq qaldırıblar.#KinaliEllerHayirDiyor həştəqi günlərlə populyarlığını saxlayıb.

Rəy sorğuları MHP seçicilərindən yalnız 35 faizinin referendumda «hə» dediyini üzə çıxarıb. «Foreign Policy» yazır ki, bu, millətçilərin həm öz liderləri, həm də Erdoğandan narazılığını göstərir. Son illər MHP-nin populyarlığı azalmaqdadır. Partiya 2015-ci ilin iyununda və noyabrda keçirilən seçkilərdə parlamentdəki 80 yerdən 39-nu itirib.

DİN AMİLİ

M.Akşener tez-tez gündə beş dəfə namaz qıldığını vurğulayır. O, islamçı Necmettin Erbakanın koalisiya hökumətində daxili işlər naziri olub və 1997-ci ilin fevral çevrilişindən sonra işdən çıxarılıb. Yəni, orduya qarşı mövqeyi ona demokratiya tərəfdarı olan türklərin, eləcə də 1990-cı illərdə təqib görmüş islamçıların rəğbətini qazandırıb.

«İndi maraqlısı Ərdoğanın bu siyasi «dişi canavar»ın öhdəsindən necə gələcəyidir – onu əməkdaşlığa çəkəcək, yoxsa susduracaq?… Ərdoğanın islamçı olduğunu da unutmayaq. Dindar bir türk nənəni dəmir barmaqlılar arxasına salmaq onun dini inancıyla düz gəlməz», – yazan müəllif çox siyasi zərbələr endirmiş Sultanın bu savaşdan necə çıxacağını izləməyin zövqlü olduğunu vurğulayır. (Azadliq.org)

BIR CAVAB BURAXIN