“Deyirlər ki, Nisə xəstədir, ərə gedə bilməz”

0
589

"Deyirlər ki, Nisə xəstədir, ərə gedə bilməz" - VİDEO

Bəzi aparıcılar məni təqdim edəndə titullarımı saymağa qısqanıblar. Buna, eyni zamanda, dostluqlar, tərəfkeşliklər, psixoloji təxribat qurmaq da səbəb olub. Sonra düşündüm ki, mənim kimliyimi gözəl bilirlər. Ona görə də dedim ki, fəxri adları və süni titulları sadalmayın, məni valideynlərimin qoyduğu adla çağırın.

BiG.AZ istinadən bildirir ki, bu sözləri xalq artisti Nisə Qasımova “Klip+” verilişinə açıqlamasında deyib.

Müğənni sənət aləmində bir çox ilklərə imza atdığını bildirib:

“İlklərə atdığım addımları işıqlandırmamışam. Bunun səbəbi odur ki, bəziləri üzümə gülüb, arxada ayağımın altını qazmağa çalışıblar. Azərbaycan televiziyasında ilk dəfə əyləncəli veriliş aparan mən olmuşam. Bu, mənim üçün meyar yox, iş prinsipidir. Bir ara hamı bir-biri ilə dava edirdi ki, birinci mənəm, star, meqastaram”.

N.Qasımova mətbəx verilişlərinə getmədiyini söyləyib:

“Mətbəx verlişlərindən imtina edirəm, xoşlamıram. Amma bu, o demək deyil ki, mən mətbəxə girmirəm. Evdə günüm mətbəxdə keçir”.

İfaçı heç vaxt ailə qurmamasından söz açıb:

“İlk növbədə, insanları maraqlandırır ki, niyə ailə qurmur? Sirli insanam. Hətta bəzi müğənnilər adıma söz çıxardılar ki, xəstədir, ailə qura bilməz, xasiyyəti pisdir. Mən qarşıma çıxanı ustalıqla uzaqlaşdırmışam. Onun məni həyat yoldaşı kimi görməməsi üçün hər şey etmişəm. İnsan bir dəfə, iki dəfə sınır. Sonra düşünür ki, üçüncü dəfə sınmamalıyam. Məndə də bu küskünlük gedir.

Hərdən özümə sual verirəm ki, görəsən, mən düzgün yaşayıram. Çox şeyi danışmaq istəmirəm. Sənət dostlarım inciyər, deyər ki, sən fərasətsizsən, villalarda yaşamırsan. Amma mən ailəmdən də, ətrafımdan da, yaşayış tərzimdən də razıyam”.

BIR CAVAB BURAXIN