Deputatlardan bahalaşmaya etiraz

0
649

Milli Məclis

Milli Məclis

Milli Məclisinin fevralın 14-də keçirilən iclasında son günlər manatın ABŞ dollarına nisbətdə bahalaşması fonunda qiymətlərin düşməməsinə etiraz bildirilib.

APA-nın xəbərinə görə, deputat Əli Məsimli bildirib ki, dekabrdan etibarən manatın dollara nisbətdə bahalaşmasına baxmayaraq, ərzaq məhsullarının qiymətinin gündən-günə qalxması absurddur və anlaşılan deyil.

Deputat qeyd edib ki, bu məsələdə işbazları və monopolistləri ifşa etmək lazımdır: «Qiymətin qalxması Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəfə ziddir. Manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə, qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda, işbazlar bəhanə gətirirdilər ki, bu onlara ciddi zərbədir, ona görə də qiymət artımına gedirlər. Bəs indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməli, təcili tədbirlər görülməlidir».

Deputat Fərəc Quliyev də çıxışında həmkarını dəstəkləyib, bunun sosial partlayışa gətirib çıxara biləcəyini bildirib.

Son həftələr Azərbaycanda dollar rəsmən 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşüb.

BIR CAVAB BURAXIN