Deputatlar deyir az yeyin, mer də deyir bel götürüb arx qazın

0
326

Hacıbala Abutalıbov İsveçrə Prezidenti Mişelin Kalmi-Rey (sağ) Bakı haqqında danışır, 14 mart 2011

Hacıbala Abutalıbov İsveçrə Prezidenti Mişelin Kalmi-Rey (sağ) Bakı haqqında danışır, 14 mart 2011

20 Yanvar hadislərinin kütləvi anılması, əsgər anasının oğlunun qətlilə bağlı hökmdən narazılığı, valyuta alqı-satqısı ilə bağlı “qara bazar”ın çiçəklənməsi səbəbləri, bəzi rəsmilərin yerisz açıqlamaları bu günkü medianın aparıcı mövzusudur…

“Paralel” aləmdə yaşayanlar

“Novoye Vremya” qəzetində isə “Jurnalistlərin əlinə kərki və bel verdilər”sərlövhəli məqalə oxumaq olar.

Müəllif məqaləni bir sıra rəsmi şəxslərin yersiz, yalan açıqlamalarına və bunun səbəblərinin izahına həsr edir.

Məqalədə xatırladılır ki, son leysan yağışlardan sonra Binəqədi və Zabratda küçələri və evləri su basması barədə jurnalistlərin yazılarına Bakı şəhər icra hakimiyyətindən“bütün bunları videoya çəkmək əvəzinə, jurnalistlər bel və kərki götürərək arx qazmaqla problemi həll etməli idilər” cavabı verilib.

Deputat Hadı Rəcəbli, 2012

Deputat Hadı Rəcəbli

Müəllif buna qədər isə Milli Məclisin deputatlarından birinin müəllimlərə əlavə pul qazanmaq üçün tikintidə daş daşımaq, başqa bir deputatın isə iqtisadi böhranla bağlı xalqa az yemək “məsləhət”i verdiyini yada salır.

Məqalədə deyilir ki, ölkədə qazın və elektrikin qiyməti qalxır. Bunu hökumətin atmağa məcbur olduğu addım əvəzinə xalqın maddi, mədəni, hətta mənəvi səviyyəsinin artmasına xidmət kimi təqdim edirlər.

Yazıda vurğulanır ki, deputatlardan biri qaz və elektrikin qiymətinin diferensiallaşdırılmasını xalqa qənaəti, israfçılığa yol verməməyi öyrətməsi kimi dəyərləndirir.

Müəllif deyir ki, daha bir deputat azərbaycanlıların həyat səviyyəsinin avropalı və amerikalılardan yüksək olduğunu və energi resurslarının qiymətlərinin qalxmasının xaqlın rifahına təsir etməyəcəyini söyləyir.

“Belə məmurlara, deputatlara qulaq asdıqca düşünürsən ki,bəlkə biz paralel aləmlərdə yaşayırıq, bəlkə onlar reallıqları başa düşmürlər? Deputatlara qulaq asaraq az yeyəcəyik, əlimizə belə götürüb arx qazacağıq. Çünki, Azərbaycan başadan ayağa sürprizlər və paradokslar ölkəsidir”.

Xalıq ehtiramının ünvanı

“Azərbaycan” qəzeti “Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini daim uca tutur” sərlövhəli məqalədə xalqın 20 Yanvar hadisələrini yad etməsini dəyərləndirir.

Bakı, 20 yanvar 2017

Bakı, 20 yanvar 2017

Məqalədə 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirilir. Yanvarın 19-dan 20-nə keçən gecə həlak olanların azadlığa gedən yolda ilk çığırlar açdıqlarından bəhs edilir:

“Dövlət müstəqilliyinin bərpası, azad həyat üçün ilk növbədə onlara borcluyuq”.

Yazıda həmin hadisələrdə keçmiş prezident Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin respublikada həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləməsini xüsusi nəzərə çatdırılır.

Müəllif bunu da qeyd edir ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini alıb. Prezident İlham Əliyevin də həlak olanların ailələrinin, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin qayğılarını daim diqqət mərkəzində saxladığı vurğulanır.

“Qara bazar” banklardan faydalı?…

“Exo” qəzeti “Azərbaycanda tamamilə yeni valyuta “qara bazar”ı yaranıb” sərlövhəli məqalədə müəllif ölkədə valyuta alqı- satqısı ilə bağlı “qara bazar”ın çiçəklənməsi səbəblərini ekspert Əkrəm Həsənovla müzakirə edir. Müəllif bu il yanvarın 12-də Mərkəzi Bankın rəsmi kursu ilə kommesiya banklarının valyuta alqı-satqısında 4%-lik marjanı ləğv etdiyini bildirir.

Ekspert Əkrəm Həsənov hesab edir ki, bu addım “qara bazar”ı sıradan çıxarmalı idi, amma o indi tamamilə yeni formatda varlığını davam etdirir.

Yazida deyilir ki, kommersiya bankları marjanın ləğvindən sonra yaranan durumdan sui-istifadə edərək valyutanı Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnədən aşağı qiymətə alır, baha qiymətə isə satırlar. Ekspertə görə, banklar öz aləmlərində də elə düşünürlər ki, real məzənnə müəyyən edirlər.​

Ə.Həsənov deyir ki, artıq “qara bazar” tamam başqa sxem üzrə fəaliyyət göstərir:

“Burada dolları MB-ın müəyyən etdiyi məzənnədən yuxarı qiymətə alırlar, yəni banklar dolları 1,80-ə alırsa, qara bazar 1,82-yə alır, banklar dolları 1,90-a satırsa, qara bazar 1,87-yə satır. Odur ki, valyuta mübadiləsi üçün “qara bazar” vətəndaşlara daha cəlbedici görünür”.

Əkrəm Həsənov

Əkrəm Həsənov

Ekspert in fikrincə, əgər əvvəl əhali “qara bazar”a çıxılmazlıq üzündən gedirdisə, indi artıq şəxsi faydası naminə gedir.Ə.Həsənova görə, indi kommersiya bankları ilə müqayisədə “qara bazar” az qazansa da onların dövriyyəsi dəfələrlə artır:

“İnstitutsional baxımdan bu “qara bazar” yeni, cəmiyyət və ölkə iqtisadiyyatı üçün hətta faydalıdır. Manatın real məzənnəsi də orada yaranacaq. Bundan əlavə, məhz “qara bazar” hesabına vətəndaşlar, eləcə də biznes təmsilçiləri daha əlverişli məzənnə ilə valyuta mübadiləsi edə biləcəklər”.

Ə.Həsənov belə hesab edir ki, dövlət belə “qara bazar”a maneçilik etməyəcək. Zahirən fəaliyyəti qanunsuz sayılacaq, amma əleyhinə fəaliyyət olmayacaq. Ekspert deyir ki, banklar valyuta alqı-satqısı arasındakı fərqləri minimuma endirənə qədər bu davam edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six + ten =