Deputat hüquq-mühafizə orqanlarını dollar qıtlığına müdaxilə etməyə çağırdı

0
608

“Valyutanın çatışmazlığı barədə söhbətlər xalis spekulyasiyadır. İndi də süni olaraq manat kütləsinin çatışmazlığı yaradılıb”, – bunu virtualaz.org-a müsahibəsində Milli Məclisin iqtisadi siyasət komitəsinin sədr müavini, deputat Vahid Əhmədov deyib.

Deputat yaranmış vəziyyətlə bağlı təəccübünü gizlətməyib.Onun fikrincə, ölkəyə biznesdən, turizmdən və digər mənbələrdən kifayət qədər valyuta daxil olur. “Valyuta spekulyasiyaları ilə bağlı vəziyyətə vaxt itirmədən hüquq-mühafizə orqanları qarışmalıdırlar. Guya çox şiddətli dolar çatışmazlığı üçün heç bir səbəb yoxdur, – deputat deyib. – Anlamaq olmur ki, bu işbazların cür süni şəkildə yaratdıqları vəziyyətə ölkənin Mərkəzi Bankının rəhbərliyi niyə müdaxilə etmir. Onlar bu prosesi birinci olaraq yoluna qoymalı idilər”.

BIR CAVAB BURAXIN