DÇ-2018: Qrup mərhələsinin rekordları

0
536

Rusiyada keçirilən DÇ-2018-in başa çatan qrup mərhələsi bir sıra rekordlarla əlamətdar olub.

Arazinfo.com saytının Apasport.az-a istinadən məlumatına görə, mundialın arxada qalan 48 oyunu ilə turnir yarışın tarixinə bir neçə kateqoriyada düşüb.

 

24 penalti. Rusiyadakı çempionatda artıq 24 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. VAR sisteminin də rolu olan bu göstərici 1990, 1998 və 2002-ci illərdəki rekordu çoxdan kölgədə qoyub. Həmin mundiallarda 18 penalti təyin edilmişdi.

 

9 avtoqol. İndiyədək bir dünya çempionatında ən çoxu 7 dəfə futbolçular öz qapısına qol vurmuşdu. Bu göstərici 1998-ci ildə qeydə alınmışdı. Artıq həmin rekord arxada qalıb. Qarşıda isə pley-offun 16 görüşü var.

 

“Sıfır”larsız. Mundialda ilk qolsuz oyun 38-ci matça təsadüf edib. Eyni çempionatın ardıcıl 37 qarşılaşmasında qol vurulması isə yeni rekorddu. İndiyədək rekord DÇ-1958-ə aid idi. Həmin vaxt 27 görüşdə “sıfırlar” qeydə alınmamışdı.

 

Qoca. Misir millisinin futbolçusu Əsam Əl-Xadari mundiallar tarixinə ən yaşlı futbolçu kimi düşüb. 45 yaşlı qolkiper komandasının Səudiyyə Ərəbistanı ilə formal xarakter daşıyan son matçında meydana çıxıb.

 

Ən yaşlı het-trik müəllifi. İspaniya ilə qarşılaşmada het-trik edən Kriştianu Ronaldo da tarixə düşüb. Portuqaliyalı bir oyunda 3 qol vuran ən yaşlı futbolçu kimi DÇ-lərin rekordçusu olub. O, 33 yaşında fərqlənib və argentinalı Rob Rensenbrinkin göstəricisini 2 il yeniləyib.

 

Ən azı 2 qol. DÇ-2018 ikidən az qol vuran komanda olmayıb. Bu isə mundiallar tarixində görünməmiş nəticədi. Rekord qrup mərhələsinin son günündə Panama Tunisə qol vuranda rəsmiləşib.

BIR CAVAB BURAXIN