Davudoğlu səssizliyini POZDU: “Kimsə Türkiyəni yedəyinə ala bilməz”

0
581

“Nyu-yorkda o məhkəmədə təqdim olunan sənədlərin 17-25 Dekabr ilə əlaqəsinə görə də bizim üçün hökmü yoxdur. Əgər Türkiyədə yanlış işlər olmuşsa, buna görə hesab vericək yer Nyu-york deyil Ankaradır, Türkiyə Respublikasının məhkəmələridir”.

Bu sözləri Türkiyənin eks baş naziri, Ədalət və İnkişaf Partiyasının(AKP) Konya  millət vəkili Əhməd Davudoğlu ABŞ-da İran vətəndaşı Rza Rəzzabın məhkəmədə dediklərinə münasibət bildirərkən deyib. Davudoğlu deyib ki,  müstəqil və suveren dövlət olan Türkiyə Respublikası Dövləti hansı ölkə ilə necə əlaqə yaradacağına özü qərar verir “Beynəlxalq hüquqa hörmət edirik və lazım olanı hər zaman yerinə yetirdik. İrana qarşı embarqo gündəm mövzusu olanda  hər zaman proseslərin içərisində olduq və heç ikiüzlü davranış içində olmadıq. Amerikanın birtərəfli embarqosuna tabe olmadıq, olmarıq. O zaman da söylədik, indi də söyləyirik, qiyamətə qədər də söyləyəcəyik”.

Türkiyənin xarici işlər naziri olduğu dönəmdə Tehranda 17 saat fasiləsiz müzakirə apardıqlarını deyən Davudoğu, sözlərinə belə davam edib:

“O zaman biz bu səyləri edərkən bizi qərbə qarşı çıxmaqla günahlandıranlar indi həyasızcasına ittiham etməyə çalışırlar. Oturduğumuz stuldan 17 saat qalxmadıq. İrana qarşı embarqonu  qaldıracaq saziş yaratmaq istədik. “Türkiyənin mənafeyi önəmlidir” dedik və Türkiye-İran-Brazilya müqaviləsini imzaladıq. O gün bizə qarşı çıxanlar indi haradadırlar? Bu müqavilə qəbul olunmadı. Əgər o gün müqavilə qəbul etsəydi, bu gün bu baş verənlər olmayacaqdı. İran bizim qonşumuzdur. Kimsə Türkiyənin İranla və ya hər hansı bir qonşu ölkə ilə olan münasibətləri məhkəmə mövzusu edə bilməz. Bu bizim izzətin bir gərəyidir öz suverenliyimizi və müstəqilliyimizi müdafiə etmək. Hansı qlobal güc olursa olsun kimsə Türkiyəni yedeyinə ala bilməz. Türkiyəni öz siyasətlərinin parçası halına gətirə bilməz”. Modern.az

 

BIR CAVAB BURAXIN